2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Adamyeyənlər qəbiləsinə əsir düşən milyarder oğlu – FOTOLAR

O, dünyanın varlı ailəsində doğulmuşdu. Məşhur milyarder Con Rokfellerin nəvəsi idi. Atası Nelson Rokfeller isə bank və maliyyə sahəsindəki “akula”lardan sayılırdı. Söhbət 1938-ci ildə doğulmuş Maykl Rokfellerdən gedir.

24.saat.org  xəbər verir ki, o, uşaqlıqdan tarix və antropologiya ilə maraqlanırdı. Vaxtının çoxunu elə atasının maliyyələşdirdiyi antropologiya institutunda keçirirdi. Maylk alim olmaq istəyirdi.  Harvarda daxil oldu və 1960-cı ildə təhsilini başa vurdu.

Bir neçə ay Amerika ordusunda xidmət keçdi. Xidmətdən dərhal sonra öz arzularını həyata keçirdi – Okeaniyaya, yerli aborigenlərin həyat tərzini öyrənməyə getdi.

Saytların yığılması Saytlarin yigilmasi

Atası etiraz etmədi. Onun ekspedisiyası üçün lazımi qədər pul ayırdı.

 

Ekspedisiya

 

1961-ci ilin payızında Maykl yola düşür. Səyahət zamanı onu hollandiyalı etnoqraf  Rene Vasinq müşayiət edir. Onlar aborigenlərin arasından iki bələdçi tapırlar. Onlara Leo və Simon adı verirlər. Dördlükdə müxtəlif qəbilələrin kəndlərinə gedir, metal əşyaları aborigenlərin düzəltdikləri bəzək-düzəyə dəyişirdilər. Bəzən qəbilə nümayəndələri onlara üzərinə bəzək vurulmuş insan kəlləsi də verirdilər. Az bir zamanda böyük bir kolleksiya yığdılar. Eksponatları Nyu-York muzeyinə verdilər.

 

Amma Mayklın daha bir arzusu vardı. Çox təhlükəli bir arzusu – o, tropil meşədə yaşayan hannibal  Asmat qəbiləsini tapmaq, onlardan müəyyən eksponatlar, məlumatlar toplamaq istəyirdi.

 

Aborigenlər Mayklı xəbərdar etdilər ki, bu, çox təhlükəli idi. Asmatlar insan əti yeyirdilər. Onların inancına görə, yeyilən adamın ruhuna sahib olurdular. Şamanlardan biri Maykla baxaraq demişdi: ”Sənin üzündə əcəlin maskasını görürəm”. Lakin Mayklı heç kim dayandıra bilmədi.

 

Acı sonluq

1961-ci il noyabrın 17-də Rokfeller, Vasinq, Leo və Simon asmatların axtarışına çıxırlar. Maykl aborigenlərdən qayıq alır və onun üstünə mühərrik qoyur. Kiçik ekspedisiya çayla üzərək müşahidə aparır. Asmatların qəbiləsi yerləşən əraziyə 3 kilometr qalmış qayığın mühərriki sıradan çıxır. Çayda çoxlu timsah olsa da, Leo və Simon üzərək sahilə çıxırlar. Kömək dalınca gedən cütlük meşədə azır. Onları yalnız bir neçə gündən sonra tapırlar.

 

Rokfeller və Vasinq qayıqda gözləyirlər. Lakin dalğa onların qayığını çevirir. Onlar taxta parçalarının üstünə çıxırlar. Noyabrın 19-da Maykl dostu Vasinqə deyir ki, daha gözləmək fikri yoxdur. Sahilə doğru üzəcək. Vasinq gözləməyi təklif edir. Maykl ona qulaq asmayıb suya atılır, üzüb sahilə çatır. Bir daha onu görən olmur.

 

Bir neçə saat sonra Hollandiya  hərbçilərinə məxsus hidrotəyyarə Vasinqi tapır. Hadisə yerinə tezliklə “Tasman” gəmisi gələrək holland etnoqrafı xilas edir. Maykl Rokfellerin axtarışları başlayır. Bu arada Nelson Rokfeller də Yeni Qvineyaya gələrək, oğlunun axtarışlarını gücləndirir. Lakin nəticə olmur. Maykl tapılmır.
İndiyədək də Mayklın taleyi qaranlıq olaraq qalır. Onu timsahların yediyi inandırıcı deyil. Çünki oğlanın sahilə çatdığını Vasinq görmüşdü. Ehtimal ki, Maykl asmatların qurbanı olub. Bunu həmin vaxt adamyeyənlərin qəbiləsinə yaxın yerdə yaşayan, xristian missioner Yan Smitin dediklərini də təsdiq edir. O deyirdi ki, vəhşilərin Mayklın paltarlarını daşımalarını öz gözləri ilə görüb. Digər bir missioner də vəhşilərdən eşitdiklərini danışırdı. Asmatlar ona “dəmirgöz” adamı (Maykl eynəkdə idi) yediklərindən söz açmışdılar. Həmin gəncin kəlləsi hələ də qəbilə şamanının daxmasında idi. Sudan çıxmış ağdərili dəniz məxluqu vəhşiləri qorxuya salıbmış. Odur ki, asmatlar onu öldürüb gücünə sahib olmaq istəmişdilər.

 

İlqar Atabəyli

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button