2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Atəşkəsin yenidən pozulduğu, yaralanan hərbçinin olduğu deyilir

Tərəflər bir-birini günahlandırır

Noyabrın 17-də Ermənistan və Azərbaycan yenə bir-birlərini ittiham edib.
Ermənistan Müdafiə Nazirliyi açıqlama yayaraq iddia edib ki, Azərbaycan silahı qüvvələrinin açdığı atəş nəticəsində hərbçisi yaralanıb. “Azatutyun” yazır ki, əsgərin vəziyyəti qənaətbəxşdir, ölüm təhlükəsi yoxdur.

Azərbaycan Müdafiə Nazirliyi isə açıqlama yayaraq qeyd edib ki, səhər saat 09:55-dən 14:45-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələri Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etdiyi müşahidə edilib.
Nazirlik bildirib ki, bu kimi fəaliyyətlər Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın tələblərinin pozulmasıdır:
“Həyata keçirilən qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədilə Azərbaycan ordusunun bölmələri tərəfindən zəruri tədbirlər görülüb”.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı birləşmələri arasında baş verən 44 günlük İkinci Qarabağ müharibəsi həmin il noyabrın 10-da imzalanan üçtərəfli sazişlə sona yetib. Bundan sonra Azərbaycan nəzarəti bərpa etdiyi ərazilərdə qalıb və Laçın dəhlizi boyunca Rusiya sülhməramlıları yerləşdirilib.
Həmin vaxtdan bu yana tərəflər arasında ikisi böyük olmaqla dəfələrlə atəşkəs rejimi pozulub. Baş verənlərdə isə tərəflər bir-birini günahlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

The post Atəşkəsin yenidən pozulduğu, yaralanan hərbçinin olduğu deyilir appeared first on MEYDAN.TV.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button