Bizim tərcüməDünya

Atlantik okeanında itən balıqçı həyatda beləcə dayandı! 2 gün sonra şamandırada tapıldı

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

Dekabrın 25-də Braziliyanın Rio-de-Janeyro əyalətinin Atlantik okeanı sahilindəki Sao Joao da Barra şəhərindən balıq tutmaq üçün açılan 43 yaşlı balıqçı Deivid Soares qayıqdan yıxılaraq axarda itib. Deyvid ailəsi narahat olduqdan sonra dostları hərəkətə keçərək ətrafdakılardan kömək istəyiblər. Okeanda 2 günlük axtarışlar çərçivəsində Soares okeanın ortasında siqnal şamandırasından yapışmış vəziyyətdə tapılıb.

Balıqçı Soareş başına gələnləri danışıb ki, o, suya düşərək qayığına qayıtmaq üçün 10 dəqiqə çalışıb, lakin okeandakı güclü axın səbəbindən buna nail ola bilməyib. Daha yorulmamaq üçün köynəyini və şalvarını çıxaran Deivid 4 saat sonra çatdığı siqnal şamandırasına qalxaraq kömək gözlədiyini bildirib. Şamandırada gözlədiyi 2 gün ərzində soyuqdan öləcəyini düşündüyünü bildirən balıqçıya aparıldığı təcili xidmətdə sağlamlıq müayinəsi zamanı həddindən artıq maye itkisi diaqnozu qoyulub və müalicəyə başlanılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Xilas olunduqdan bir gün sonra işə qayıdan Soares bu pis təcrübədən sonra “Həyata başqa gözlə baxmaq və daha yaxşı insan olmaq üçün ikinci fürsətim oldu” dedi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button