2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bəxtiyar Hacıyevin həbs müddəti daha iki ay uzadıldı

Yayımlandı: 23 Fevral 2023 18:42

İstintaq hərəkətinin davam etdiyi bildirilir

Yanvarın 9-dan həbsdə aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevin barəsində istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb. Bu barədə fevralın 23-də Xətai Rayon Məhkəməsində qərar çıxarılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qapalı keçirilən məhkəmə prosesi haqda Meydan TV-yə məlumat verən vəkil Şəhla Hümbətova bildirib ki, müstəntiq həbs müddətinin uzadılmasını istintaqın başa çatmamasıyla əsaslandırıb. O bildirib ki, hələlik istintaq hərəkətləri davam edir. Məsələn, bugünlərdə ekspertiza keçirilib, hələlik onun nəticəsi məlum deyil.

Şəhla Hümbətova onu da bildirib ki, həbs müddətinin uzadılması haqda Xətai Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək.

Fevralın 22-dən başlayaraq, sosial şəbəkələrdə müxtəlif ictimai siyasi fəallar, siyasətçilər, məşhur şəxslərin anaları Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə müraciət ediblər. Onların arasında Milli Qəhrəman, general Polad Həşimovun anası Səmayə Həşimova da var.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

İctimai fəal 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını bildirib.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button