2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bakı, Ankara və Tehranın üçtərəfli görüşü: regiondakı vəziyyət müzakirə edilib

Yayımlandı: 10 Yanvar 2023 12:03

Antalyada görüşən spikerlər sabitliyə xələl gətirəcək davranışlardan çəkinməyi tövsiyə ediblər

Antalyada Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Görüş yanvarın 9-da baş tutub.

Məlumatı Azərbaycan Milli Məclisi yayıb.

Məlumatda bildirilir ki, görüş Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyası çərçivəsində gerçəkləşib.

Görüşdə regiondakı vəziyyətlə bağlı fikirlər səsləndirilib.

Bölgədə enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib rolu qeyd olunub.

Həmçinin vurğulanıb ki, indiki mərhələdə regionda sabitliyə xələl gətirəcək, gərginlik yaradacaq davranışlardan çəkinmək, əməkdaşlığın genişləndirilməsini təşviq edəcək addımlar atmaq lazımdır.

Ötən ilin son ayları Azərbaycan və İran arasında müəyyən gərginliklər yaşanıb.

Münasibətlərin gərginliyi rəsmilərin bir-birlərinə qarşı açıqlamalarında da özün göstərib.

Oktyabrın 17-də İran Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə Araz çayı boyunca hərbi təlimlər keçirməsi də onun şimal qonşusunda tənqidlərə səbəb olub.

Hətta Azərbaycan Milli Məclisində bəzi deputatlar bunu ölkələrinə təhdid kimi dəyərləndirib.

İranın Azərbaycandakı səfirliyi isə bəyan edib ki, təlimlə bağlı rəsmi Bakı əvvəlcədən məlumatlandırılıb.

Daha sonra – dekabrın 5-də Azərbaycan Türkiyə ilə birgə ölkənin bir sıra yerlərində, o cümlədən İranla sərhəddə təlim keçirib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button