2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Bakıda 30 bina söküləcək

Bakıda 30 “Xuruşşovka” tipli binaların sökülməsinə qərar verilib. Ötən əsrin 50-ci illərində inşa edilən və istifadə müddətini başa çatan bu binaların əksəriyyəti Nəsimi rayonu 1-ci mikrorayon ərazisində yerləşir.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu binalardan köçürüləcək 4 min sakin bir neçə il kirayə evlərdə qaldıqdan sonra yeni və daha geniş mənzillərə köçə biləcəklər.

Söküntü işlərinin aparılması və həmin ərazilərdə yeni binaların tikintisini Fövqəladə Hallar Nazirlyinin nəzarəti ilə özəl şirkətlər öz vəsaitləri və kreditləri hesabına həyata keçirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Sakinlər tikinti aparacaq şirkət hesabına kirayə evlərə köçürüləcək və tikinti başa çatdıqdan sonra onlara həmin ərazidə inşa edilən hündürmərtəbəli binada öz evlərindən 10% daha geniş evlər veriləcək.

Yeni binada hər bir vətəndaşa hazırda yaşadığı mərtəbəyə uyğun ev veriləcək. Söküntü işlərinə nə zaman başlanacağı isə dəqiq bilinmir.

Ekspertlər isə hesab edir ki, paytaxt ərazisində belə böyük həcmli söküntü işinin aparılması kirayə qiymətlərinə təsir edəcək.

Yeni binaların təhvil verilməsi isə yeni evlərdə qiymət artımının qarşısını alacağı proqnozlaşdırılır.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button