2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Bakıda qadın sərnişin sürücüyə hücum etdi – VİDEO

“61 nömrəli marşrut xətti üzrə hərəkət avtobusda çəkilən bu videoda sərnişinlərdən biri sürücüdən avtobusu dayanacaqdan kənar saxlamasını tələb edir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agemtliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkədə yazıb.

O bildirib ki, sürücü isə vəzifə təlimatına və sərnişindaşıma qaydalarının tələbinə uyğun olaraq sərnişinin bu istəyini yerinə yetirməyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Belə olan halda sürücünü təhqir edir və ən dəhşətlisi isə hərəkətdə olan avtobusu idarə edən sürücüyə hücum edib. Qanunsuz tələbinin yerinə yetirilməməsinə etiraz edən qadın sərnişin bununla özünün, eləcə də avtobusda olan onlarla sərnişinin həyatını ciddi təhlükəyə atıb. Sürücünün peşəkar davranışı sayəsində qəzadan yayınmaq mümkün olub.

Bakı Nəqliyyat Agentliyi olaraq bir daha bəyan edirik ki, sərnişin avtobusunu dayanacaqdan kənarda saxlamaq qadağandır. Sürücülərimiz kimi sərnişinlərimiz də mütləq şəkildə qoyulan bu qaydaya əməl etməlidirlər. Sərnişin avtobuslarının dayanacaqdan kənar saxlanmasına qarşı Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən müntəzəm sərnişindaşıma şirkətləri ilə mütəmadi iş aparır, maarifləndirmə tədbirləri həyata keçiririk. Bu işdə cəmiyyətimiz də bizə dəstək olmalı, bu kimi hallara yol verən sürücülərə və sərnişinlərə qarşı səssiz qalınmamalıdır. Düşünür ki, bu kimi etik-davranış qaydalarını kobud şəkildə pozan sərnişinlərə qarşı ictimai qınaq formasında birgə etiraz edilməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button