2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bakıya təzyiq olarsa, Azərbaycan ABŞ-a cavab verə bilər

Bakı/26.04.21 Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi əməkdaşı, Azərbaycan üzrə mütəxəssis Aleksandr Karavaev Turan-a müsahibəsində ABŞ prezidenti Co Baydenin 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı bəyanatından sonra regionda hadisələrin mümkün gedişatını şərh edib.

Sual: – Türkiyədə, Azərbaycanda və Ermənistanda cəmiyyətlər Baydenin 106 il əvvəlki hadisələr haqqında bəyanatı fəal şəkildə müzakirə olunur. Bu bəyanatın emosiyalardan başqa, təcrübi mənası var?

Cavab: – Mənə qəribə gəlir ki, Ermənistanda və Türkiyədə tamamilə ritual olan ifadəni ovsun kimi qəbul edirlər. Məlumdur ki, ermənilər gələcək perspektivləri – təzminat ödənilməsini, hüquqi nəticələri gözləyirlər. Amma, başa düşdüyüm qədər, Türkiyə Osmanlı İmperiyasının hüquqi varisi deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Bu cür bəyanatlar dünyada nadir səslənmir. Yunanıstan parlamenti müntəzəm olaraq Bundestaqa, Baltikyanı ölkələr Dövlət Dumasına yazır, Mərkəzi Asiya Moskvanı Türkistan müharibəsi zamanı qətllərdə ittiham edir.

20-si əsrdə mahiyyətcə rituala çevrilmiş ermənilərin sürgün edilməsi mövzusu NATO üzvləri – Türkiyə və Amerika Birləşmiş Ştatlarının mövsümi münasibətlərini möhkəmləndirirdi. Sonra bu məsələ hər ehtimala qarşı təxirə salınmış bir şey kimi havada qaldı.

Prinsipcə, bütün bunlar boşdur və Türkiyə-Ermənistan münasibətlərinə çox az xeyri olacaq, daha çox yığılmış fikir ayrılıqlarını gücləndirəcək.

– Ermənilər Bakını Dağlıq Qarabağdan qoşunlarını çıxarmağa məcbur etməyi tələb edirlər, ki, bu, şübhəlidir. Amma Amerikanın iqtisadi sanksiyaları ola bilər. Necə hərəkət etmək lazımdır?

– Əlbəttə, Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında müharibə olmaz. Sırf fərziyyə olaraq deyirəm, iqtisadi təzyiq ola bilər. Azərbaycan nə etməlidir?

1. Təkbaşına addım atmamalı, Türkiyə ilə qismi həmrəylik nümayiş etdirməlidir. Kim bilir, Ankara necə cavab verəcək – Bakı hamısını mütləq təkrar etməli deyil.

2. Neft yataqlarında Amerikanın paylarını almalıdır. Belə ki, Azəri-Çıraq-Günəşlidə hasilatda Ekson Mobil-in (6,79%), Bakı-Ceyhan boru kəmərində KonokoFilips-in (2,5%) payı var.

3. İlham Əliyevin Amerika iqtisadiyyatına investisiyaların qadağan edilməsi və ilin sonuna qədər mövcud aktivlərin çıxarılması haqqında fərmanı. 2020-ci ilin yekunlarına görə, Bakının Amerika Birləşmiş Ştatlarına yatırımları 171,073 milyon dollar təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 3,2 dəfə çoxdur (!).

Əlbəttə, Amerikanın Azərbaycanın əhəmiyyətinə görə üçüncü investoru olduğunu nəzərə alsaq (investisiyaların ümumi həcminin 10,5%-i – 475,245 milyon dollar, 25,1% artım), bu, vəziyyəti müəyyən şəkildə korlayacaq. Amma, unutmayaq ki, bu həcmin üçdə birinə qədəri əvvəllər Amerikadan çıxarılmış Azərbaycan pullarıdır.

Daha bir variant SOFAS Fondunun səbətində dollarların payını azaldıb, investisiyaları sürətlə inkişaf edən Asiya bazarlarına yönləndirməkdir. -0-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button