2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Başımıza 20 Yanvardan daha qanlı hadisələr gələ bilər”

Sərdar Cəlaloğlu: “Rusiyadan asılılıq yaradan hər cür əməkdaşlığa “yox” deməliyik”

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ probleminin Azərbaycanın daxili işi olmadığı ilə bağlı verdiyi açıqlama Kremlin Azərbaycanla bağlı əsl niyyətinin aşkar və rəsmi səviyyədə ortaya qoyulması kimi dəyərləndirilməkdədir. Lakin təəssüflər olsun ki, hətta bu gün də məlum açıqlama fonunda Azərbaycanı Rusiya ilə müxtəlif ittifaq və birliklərə cəlb etmək istəyən, bunun ölkəmiz üçün faydalı ola biləcəyini iddia edən siyasilər mövcuddur.

Saytların yığılması Saytlarin yigilmasi

ADP sədri Sərdar Cəlaloğlu 24saat.org-a açıqlamasında bu cür insanların irəli sürdükləri arqumentlərin tamamilə əsassız olduğunu, habelə Rusiyadan asılılıq yaradan istənilən əməkdaşlığın ölkəmiz üçün təhlükəli olduğunu bildirib:

“Bu gün bəziləri boşboğazlıq edərək bildirir ki, Rusiyaya yaxınlaşaq, Rusiyanın tərkibinə daxil olaq, Rusiya ilə ittifaq yaradaq və s. 20 Yanvar hadisəsi bu cür adamlara bir cavabdır. Kobud da olsa belə bir məsəl var ki, uzunqulaq belə bir dəfə palçığa batır. Əgər biz bu bataqlığa ikinci dəfə batsaq, başımıza 20 Yanvardan daha qanlı hadisələr gələcək.

20 Yanvar hadisəsi millətimizin suverenliyi üçün bir yaddaşdır. Bu bizim üçün bir yaddaş kitabçası olmalıdır. Biz hər dəfə 20 Yanvarı xatırlayıb Rusiya ilə ondan asılılıq yaradan heç bir münasibətə girməməliyik. Qeyri-bərabər ittifaqa meyl etməməliyik. Rusiyanın Azərbaycana təsirini artıracaq hrə hansı bir addım atmamalıyıq. Əks təqdirdə, başımıza daha böyük müsibətlər gələcək”.

 

Seymur Əliyev

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button