Bizim tərcümə

Bill Qeytsin yeni məqsədi bəllidir… 1,2 milyard dollarlıq addım!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-17 11:17:21

2015-ci ildə Kovid-19-a bənzər bir epidemiyaya hazır olmadığımızı bildirən və xəbərdarlıq edən Geytsi tarix haqlı çıxarmışdı.

2019-cu ilin son günlərində həyatımıza daxil olan Koronavirus (Kovid-19) qısa zamanda qlobal pandemiyaya səbəb olub və milyonlarla insanın həyatına son qoyub.

Saytların yığılması Saytlarin yigilmasi

Koronavirusa qarşı ən böyük silah olaraq xarakterizə edilən peyvəndlərə verdiyi dəstəyi ilə tanınan Qeytsin növbəti hədəfi bəlli olub.

Fox News-da yer alan xəbərə görə, Bill və Melinda Qeyts Fondu yeni ianə imzalayıb.

Bill Qeyts və onun keçmiş həyat yoldaşı Melindanın rəhbərlik etdiyi fond dünya miqyasında poliomielitlə mübarizə səylərinin bir hissəsi olaraq 1,2 milyard dollar ianə edib.

BILL QEYTSİN İLK BƏYANATI

Bill Qeyts açıqlamasında bu açıqlamaları verdi;

“Poliomielit xəstəliyinin aradan qaldırılması qaçılmazdır. Ancaq hələlik xəstəlik təhlükə olaraq qalır. Birgə işləmək bu xəstəliyə son verə bilər”.

Dünyada 600 milyondan çox insana yoluxan koronavirus 6,5 milyondan çox insanın həyatına son qoyub.

Melinda French Gates dedi: “Bu təşəbbüs uşaqları poliomielitdən qorumaqdan daha çox şey etdi. Bu, səhiyyə sistemlərinin gücləndirilməsində əsas rol oynayıb”, – deyə o bildirib.

Qlobal Poliomielitlə Mübarizə Təşəbbüsü 2026-cı ilə qədər 370 milyon uşağı peyvənd etmək üçün 4,8 milyard dollar toplamaq niyyətindədir.

NÖVBƏTİ EPİDEMİYANIN QARŞISINI ALMAQ ÜÇÜN ETMƏLİ ŞEYLƏR

Kovid-19-un son pandemiya olmaya biləcəyini dəfələrlə bəyan edən Qeyts yeni epidemiyanın qarşısını almaq üçün əlamətdar qərar qəbul edib.

Lazımi addımların atıldığı təqdirdə yeni bir pandemiyanın qarşısının alına biləcəyini ifadə edən Qeyts, qlobal epidemiyaya qarşı reaksiya və səfərbərlik üçün yaradılan GERM komandası adlandırdığı cavab qrupuna ildə 1 milyard dollar sərmayə qoyacağını açıqladı.

Bu sərmayə ilə yanaşı, Qeytsin planına dünyada diaqnostika və səhiyyə sistemləri Ar-Ge üçün daha çox dəstək də daxildir.

PANDEMİYAYA QARŞI 3000 NƏFƏRLİ ORDU

GERM-in yeganə prioriteti pandemiyanın qarşısını almaq olan 3000 nəfərlik cavab qrupuna sahib olacağını vurğulayan Geyts bildirir ki, GERM qrupları epidemioloq və məlumat alimlərindən tutmuş logistika mütəxəssislərinə qədər ünsiyyət və diplomatiya bacarıqlarına malik bir sıra ekspertlərdən ibarət olacaq.

Bill Qeytsin yeni hədəfi bəllidir... 1,2 milyard dollarlıq addım

Korona epidemiyasında 1 milyondan çox ölümlə ABŞ ən çox ölüm sayına malik ölkə olub, onu Braziliya və Hindistan izləyir.

Qeyts qlobal sağlamlıq ordusu kimi fəaliyyətə başlayan GERM-in əsas məqsədini “Vəzifə epidemiyaları pandemiyaya çevrilməmiş dayandırmaqdır” kimi ümumiləşdirir.

Çünki Qeyts Kovid-19-un yayılmasını ilk 100 gündə dayandıra bilsəydik, bu gün virusdan ölənlərin 98 faizindən çoxunun sağ qalacağı qənaətindədir.

Sui-qəsd nəzəriyyəçiləri Covid-19 pandemiyası zamanı Geytsi hədəfə aldılar və sübut olmamasına baxmayaraq, Qeytsin şirkətləri tərəfindən hazırlanmış mikroçiplərin peyvəndlər vasitəsilə insanlara implantasiya edildiyini iddia etdilər.

Sui-qəsd nəzəriyyələri və peyvəndlərə qarşı çıxmaq haqqında danışan Geyts aşağıdakı ifadələrdən istifadə etdi;

“Gates Foundation peyvəndlərə, yeni vaksinlərin ixtirasına və vaksinlərin maliyyələşdirilməsinə böyük maraq göstərir. Biz bu səylər vasitəsilə on milyonlarla insanın həyatını xilas etməkdən qürur duyuruq”.

Etirazlara necə münasibət bəslədiyini soruşduqda, Qeyts bunun “bir az qəribə” olduğunu söylədi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button