2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bir partlayış, yüz versiya – 24 saat

Aprelin 3-də Bakının mərkəzində, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda baş vermiş partlayış cəmiyyətdə əsas müzakirə mövzularından biri olaraq qalır. Türkiyə, İsrail, Böyük Britaniya və 10-dan artıq ölkə, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirliyi hadisə ilə bağlı Azərbaycana başsağlığı veriblər…

Bu gün Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılıb.

Açıqlamaya görə, ilkin ehtimallarla, hadisənin binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub. Hazırda araşdırma aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edə ki, Fövqəladə Hallar Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyi də hadisənin qaz sızması nəticəsində baş verdiyini açıqlayıblar. 

Partlayışla bağlı səhiyyə qurumlarının birgə yaydığı məlumatda isə bildirilir ki, hadisə zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib: “Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir. Xəsarət alan digər şəxslər ambulator yardım alaraq buraxılıblar”. 

Partlayışla bağlı cəmiyyətdə gedən müzakirələrdə bir neçə istiqamət diqqəti cəlb edir. İlk növbədə sosial şəbəkələrdə bəzi şəxslərin Ramazan ayının ilk günü, sahur vaxtı gecə klubunda əyləncənin yolverilməz olduğunu yazması, olaya görə sevinc ifadə etməsi kəskin qınaqlara səbəb olub.

İkincisi, aidiyyatı dövlət qurumlarının məsuliyyətsizliyinin, korrupsiyanın bu cür faciələrə yol açdığı qeyd olunur.

Üçüncüsü, partlayışa qaz sızmasının səbəb olması ilə bağlı rəsmi versiya şübhə altına alınır. Bəzi ictimai rəy liderləri hadisədə xarici iz axtarır, əsas şübhələri Rusiya xüsusi xidmət orqanlarının üzərinə yönəltməyə çalışır. Xarici ölkələrin miqyasca  kiçik olan hadisə ilə bağlı Azərbaycana başsağlığı teleqramları göndərməsini də bununla izah edirlər. Maraqlıdır, bu barədə ekspertlər nə düşünürlər? 

Hüquqşünas Fuad Ağayev hesab edir ki, hadisənin araşdırılması ilə məşğul olan istintaq qrupuna DTX müstəntiqləri də cəlb olunmalı, lazım gəlsə, Türkiyə hüquq mühafizə orqanlarının mütəxəssislərinə müraciət edilməlidir: 

“Partlayışın əsil səbəbləri araşdırılmalı, müxtəlif səciyyəli ekspertizalar təyin olunaraq, peşəkar səviyyədə aparılmalıdır. Partlayış doğrudan da qaz balonunun sızması nəticəsində baş veribsə, balonları kimlərin gətirməsi, haradan alınması, kənar müdaxiləyə məruz qalıb-qalmaması tədqiq edilməlidir. Klubun müşahidə kameralarının görüntüləri, ətrafdakı başqa obyektlərin, videoregistratorlaın görüntülərinə keçiriləcək baxışlar çox əhəmiyyətlidir”.

Politoloq, xüsusi xidmət orqanlarının keçmiş zabiti Ərəstun Oruclu isə cəmiyyətdə gedən müzakirələrə diqqət çəkib: “İstər Rusiyanın Ukraynaya hərbi təcavüzü, istərsə də Bakıdakı gecə klubunda baş verən hadisəyə münasibət cəmiyyətdə ifrat qütbləşmənin olmasını üzə çıxardı. Kimsə deyə bilər ki, qütbləşmə adi haldır və burda qorxulu heç nə yoxdur. Əlbəttə, elə də var, amma bu, antaqonist qütbləşmə deyilsə. Xüsusilə də zorakılığa münasibətdə. Bizdəki qütbləşmə məhz budur. Mən olayı təsadüfən “hadisə” adlandırmadım, çünki onun baş verməsi və ya törədilməsi mənim üçün hələ tam aydın deyil. Gecə klubunda baş verən hadisəyə sevinmək, onu günahlara görə cəza kimi təqdim etmək, insan ölümünə bəraət qazandırmaq ekstremizmin təzahürüdür. Üstəlik də hadisənin səbəbinin hələ bəlli olmadığı bir dönəmdə. Bir daha deyirəm, mənim üçün onun səbəbi hələ aydın deyil. Amma rəsmi məlumata inansaq, ölən bir nəfərdir və o da gecə klubunda çalışan adi bir zəhmət insanıdır. Bu yerdə sevinənlərə sual verirəm: siz bir tikə çörək üçün gecələr çalışan insanın ölümünə sevinirdiniz? Budur sizin dəyər anlayışınız, siz bununla öz “dəyərlərinizi” təbliğ edirsiniz? Elədirsə, onda sizi ürəkdən təbrik edirəm, sonsuz nifrət qazana bildiniz”

Ekspert vurğulayır ki, bu cür hadisələrə sərgilənən çirkin münasibətlərin dinlə, inancla əsaslandırılması daha pisdir: “İstər Rusiyanın cinayətlərinə, istərsə də Bakıda baş verən hadisəyə haqsız, ədalətsiz və nəhayət, ekstremist münasibət əksər hallarda din adına sərgiləndiyindən mənim üçün maraqlı olan ölkədəki dini icma rəhbərlərinin niyə bunlara kütləvi şəkildə susqunluq nümayiş etdirməsidir”

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə olayla bağlı dövlət qurumlarının məsuliyyətini qabardır. “Gecə klubunda qazdan istifadəyə, təhlükəsizliyə kimlər cavabdeh olub”,-deyə o, sual edir. O.Gündüz 2018-ci il 3 iyul tarixli enerji böhranından sonra Prezident yanında keçirilmiş müşavirəni xatırladır: “Müşavirədə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış edərək, FHN-in öz səlahiyyətləri çərçivəsində verdiyi göstərişlərin “Azərenerji” tərəfindən icra edilmədiyini bildirmişdi. 2019-cu il 28 mart tarixində “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı da Prezident yanında müşavirə keçirilirdi. Müşavirədə FHN rəhbəri Kəmaləddin Heydərov çıxış edərək, onun rəhbərlik etdiyi nazirlik tərəfindən verilən tapşırıqlarıın Nizami rayon İcra hakimiyyəti və Ticarət Mərkəzinin sahibi tərəfindən icra edilmədiyini bildirmişdi”.

O.Gündüzün sözlərinə görə, insan ölümünə səbəb olan, şəhərin mərkəzində baş verən hadisənin bir daha təkrarlanmaması üçün aidiyyatı qurumların hesabat verməsi, təqsirkarların cəzalandırılmasının gündəmə gətirilməsi daha doğru olardı. “Düşünürəm ki, hazırda partlayışla bağlı sosial mediada tamam fərqli istiqamətdə gedən müzakirələr cəmiyyətin maraqlarına xidmət etmir”, – o qeyd edib.

Turqut

24 saat” “Bir partlayış, yüz versiya – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button