2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bolşeviklərin dağıtdığını Putin yenidən qurdu – FOTO

Sabah Rusiya prezidenti Vladimir Putin böyük knyaz Sergey Romanovun şərəfinə qoyulan abidəni açacaq.

Publika.az xəbər verir ki, açılış mərasimi Kremldə baş tutacaq.

Qeyd edək ki, bu abidə hələ 1908-ci ildə qoyulmuşdu. Knyaz isə 1905-ci ildə öldürülüb. Amma 1918-ci ildə abidə bolşeviklər tərəfindən dağıdılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Ötən ildən etibarən abidə üzərində iş aparılması üçün dövlət başçısı göstəriş verib.

Böyük knyaz Sergey Romanov – imperator II Aleksandrın 5-ci oğlu olub. Moskvanın qubernatoru vəzifəsini icra edib. Məhz onun rəhbərliyi dövründə Moskavada parkların sayı artıb, tramvay xətləri açılıb, teatr salonları, muzeylərin sayı çoxalıb. 1905-ci ilin 4 fevralında sosialist-inqilabçı İvan Kalyayevin atdığı bombadan ölüb. Əslində Kalyayev onu fevralın 2-də öldürməliydi. Amma həmin gün knyazın yanında arvadı və azyaşlı uşağı olduğu üçün bombanı atmağa əli gəlmir. İki gün sonra tapşırığı yerinə yetirib bombanı knyazın olduğu karetaya atır. Nəticədə Sergey Romanov və sürücüsü yerindəcə ölürlər. Knyazın parça-parça olmuş bədənini toplayıb məlhəmlə pərçimləyərək basdırıblar. Hadisədən üç gün sonra knyazın arvadı Yelizaveta həbsxanaya gələrək ərinin qatilini bağışlayıb. Ona İncil və ikona hədiyyə edərək tövbə edib haqq yoluna gəlməsini istəyib. İmperator Aleksandrdan isə onu öldürməməyi xahiş edib. Çünki qatilin onu və övladını nəzərə alması knyaginyanı təsirləndirmişdi, düşünürdü ki bu ürəyin sahibini düz yola gətirməklə ərinin ruhunu şad edə bilər.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button