Loading...
Loading...
SEÇMƏ

Bred Pitt Ancelina Colini rusiyalı oliqarxla əlbir olmaqda ittiham edir

Aktyor məhkəmə yolu ilə dəymiş ziyanın ödənilməsini istəyir

58 yaşlı amerikalı aktyor və kinoprodüser Bred Pitt keçmiş həyat yoldaşı, 47 yaşlı aktrisa Ancelina Colini məhkəməyə verib.

Məhkəmə sənədlərinə əsasən, Coli Pittin razılığı olmadan 2008-ci ildə Fransanın cənubunda aldıqları “Chateau Miraval” şərab zavodundakı payını 2021-ci ildə rusiyalı oliqarx, alkoqol maqnatı Yuri Şeflerə satıb.

Pitt deyib ki, Coli heç vaxt satış üçün ondan razılıq istəməyib və sövdələşmənin şərtlərini ondan qəsdən gizlədib.

Aktyor məhkəmə yolu ilə satışın ləğvini və dəymiş ziyanın ödənilməsini tələb edir.

Pittin vəkilləri bildiriblər ki, şərab zavodu aktyor üçün ehtiraslı hobbiyə çevrilib. Hətta aktyorun sayəsində zavoddan milyonlarla gəlir əldə edilib.

İddia olunur ki, Coli keçmiş ərinin bu biznesini çökdürmək məqsədilə bilərəkdən hissələri rusiyalı oliqarxa satıb.

Pitt də bunu reputasiyasına ləkə kimi qəbul etdiyini deyib.

Coli və Pittin zavodu 25 milyon avroya aldıqları bildirilir.

Bred Pittlə Ancelina Coli 2014-cü ildə evləniblər.

2016-cı ildə Coli boşanmaq üçün məhkəməyə müraciət edib.

Meydan TV

Gözdən qaçırmayın:  Bakı-Naxçıvan istiqamətində aviabiletlərin qiyməti bahalaşıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button