2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Deputatın sensasion telefon danışığı yayıldı – VİDEO

Elmira Axundova: “Hər il “Müdafiə Nazirliyindən 100 min pul götürürdüm, nazir dəyişdi işlər çətinləşdi”

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etməkdədir. 24saat.org xəbər verir ki, bu prosesin ictimaiyyət tərəfindən maraqla qarşılanmasının səbəbi cinayət işində deputat Elmira Axundovanın adının hallanmasıdır. Belə ki, deputat Elmira Axundovanın oğlu Həbib Axundov da buy işdə zərərçəkmiş qismində tanınır. E.İbrahimovun H.Axundovun 100 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyi qeyd edilir. Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər. Mətbuatda yazılan məlumata görə, E.İbrahimovla deputatın oğlu H.Axundov dost olub.

Ötən prosesdə zərərməıkmişlərdən biri Fərman Məmmədov ifadə evrərək bildirib ki, ona ümumilikdə 575 min manatlıq ziyan dəyib. O bildirib ki, həmin məbləğdən 140 min manatı deputat Elmira Axundovanın oğlu Həbib Axundovun göstərişi ilə Elnura, 435 min manatı isə Həbibin özünə verib. O qeyd edib ki, E.Axundova ilə aralarında bir neçə dəfə də telefon danışıqları olub.

Ötən gün isə deputat Elmira Axundovanın Fərman Məmmədovla telefon danışığının audioyazısı yayılıb. Fərman Məmmədovun criminal.az saytına təqdim etdiyi audioyazıda Elmira Axundova zərərməkəndən pul aldığını təsdiqləyir  O, pulu qaytara bilməməsinin səbəbini belə izah edir:

Saytların yığılması Saytlarin yigilmasi

“Müdafiə Nazirliyində naziri ( Səfər Əbiyev) dəyişdilər, işlər çətinləşdi. Yoxsa hər il mən ordan 60 min, 100 min pul götürürdüm (tenderlərlə). Noyabrdan pullar bağlanıb. Sənə belə xırda-para 5-10 min verərdim, amma hələ də düz alınmır. Heç olmasa sənə 100-150 min gərək ən azından hələlik verim. Narahat olma, 2-3 ay gözlə, pul olacaq. Biz bu işin üzərində çalışırıq, pul olmalıdır bizdə”.

https://youtu.be/_fWGDOcZKLc

Modern.az saytı məsələ ilə bağlı Elmira Axundova ilə əlaqə saxlayıb. Xanım deputat bildirib ki, audioyazısı montajdır.

“Adıkeçən ittihamlarla bağlı Fərman Məmmədovu Binəqədi məhkəməsinə vermişik. Bu işlərin araşdırılmasını tələb etmişik. Məhkəmə də onun xeyirə deyil. Avqustun 6-da növbəti iclas olacaq. Media əhlini məhkəməyə dəvət edirəm. O ki qaldı bu şərəfsiz insana, o qədər şəxsə qarşı cinayət hadisəsi törədib ki! Audio yazısı montajdır. 5 il bundan öncə baş verib. Yadımda deyil ki, nəyi demişəm, nəyi yox.

Fakt odur ki, biz ona borclu deyilik. Bunu istintaq da təsdiq edib. O isə məhkəmə və istintaqla razılaşmayaraq, təzyiq kimi hansısa video, audioyazılarını ortaya atıb. Bunların hamısını cinayət yolu ilə əldə edib. Bunun özü də cinayətdir

Hüquq-mühafizə orqanlarına müraciət edərək deyirəm ki, həmin audioyazılar araşdırılsın. Bu insan o qədər şərəfsizdir ki, vaxtilə qardaşı Zakir Məmmədova, Lalə Şövkətə qarşı edilən üsullardan mənə qarşı mübarizə aparır”.

Elmira Axundova adının Müdafiə Nazirliyi ilə əməkdaşlıq məsələsində hallanmasına belə cavab verib:

“Bunu gedin, Müdafiə Nazirliyindən öyrənin ki, belə bir şey var, yoxsa yox. Mən belə bir məsələdə kiminlə əməkdaşlıq etmişəm. Müdafiə Nazirliyindən mən, yaxud da oğlum pul alıb? Varmı belə hal?! Biz özümüz Binəqədi Məhkəməsindən tələb etmişik ki, Müdafiə Nazirliyinə bu barədə sorğu göndərsin. Cavab da odur ki, Elmira Axundova və oğlunun hansısa məsələ ilə əlaqəsi olmayıb. Kiminsə səsini yazmaq cinayətdir. 5-6 ilin söhbətidir. Kimin nə deməsi, nə danışması yadımda deyil. Bu insan hər gün zəng edib şantaj yolu ilə pul tələb edirdi. Hər gün də nəsə danışırdı. Sadəcə olaraq demək istəyirəm ki, Binəqədi Məhkəməsində iş gedir. Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib ki, Elmira Axundovanın hər hansı qurumla əməkdaşlığı olub, yoxsa yox?! Bunu özüm xahiş etmişəm ki, araşdırsınlar. Fərman Məmmədov cinayətkardır. Şəxsi işlərə qarışmaqla, çirkin metodlarla bizə qarşı mübarizə aparır. Bu üsullarla heç nə əldə edə bilməyəcək”. 

 

Qeyd edək ki, adı mətbuatda tez-tez hallanan Həbib Axundovun lüks həyat tərzi ilə bağlı video sosial şəbəkələrdə böyük rezonansa səbəb olub. Onun adı həm də model Günel Mirzəyevanın ölümündə hallanır.

https://www.facebook.com/24saat.org/videos/1602753086500900/?t=0

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button