Loading...
Loading...
SEÇMƏ

Dmitri Medvedev: “Sadə avropalılar Rusiya ilə əlaqələri kəsməyə həvəsli deyillər”

Yayımlandı: 18 Avqust 2022 13:27

“Rəy sorğularının nəticələrindən görünür ki, adi vətəndaşlar sağlam düşüncələrini itirməyiblər”

“Sadə avropalılar öz hökumətlərindən fərqli olaraq sağlam düşüncələrini itirməyiblər. Onlar “Rusiya ilə əlaqələri kəsməyə” həvəsli deyillər”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

Keçmiş prezidentin sözlərinə görə, Avropa İttifaqı vətəndaşlarının əksəriyyəti əvvəllər olduğu kimi Rusiya ilə tamhüquqlu münasibətlər istəyir:

“Rəy sorğularının nəticələrindən görünür ki, adi vətəndaşlar sağlam düşüncələrini itirməyiblər. Avropa İttifaqı ölkələrinin sakinlərinin yarıdan çoxu Rusiya ilə əlaqəni kəsməyə qətiyyən həvəs göstərmir. Onlar əvvəllər olduğu kimi, tamhüquqlu bir münasibət – normal şəxsi təmaslar, Rusiya qazının alınması, Rusiya ilə uğurlu ticarət istəyirlər”.

O əlavə edib ki, Rusiya da dinc əməkdaşlıq, ticarət, mübadilə istəyir:

“Biz özümüzü heç kimə qapatmırıq. Hər bir sağlam təklifi dəstəkləyirik”.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  “Məhsul” stadionunu bir neçə nəfərə satmaqda təqsirləndirilən şəxslər həbs edilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button