2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ermənistanda qanlı çəkişmələr: Daha bir eks-deputat ölü tapıldı

Ermənistan Parlamentinin sabiq deputatı, “Çiçəklənən Ermənistan” partiyasının üzvü Arutyun Qaragözyan ölü tapılıb.

İstintaq orqanları onu həmkarını güllələməkdə ittiham edirdilər.

Ölkə polisinin nümayəndəsi isə bildirib ki, Qaragözyan həyatına sui-qəsd edib.

Eyni partiyanın üzvü olan Karo Karapetyanla Arutyun Karagözyan arasında münaqişə oktyabrın 6-da Yerevandakı “Ayginer” restoranında axşam saatlarında meydana gəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Siyasətçilər ümumi biznesin bölünməsi zamanı yaranan fikir ayrılığını aradan qaldırmaq üçün bir araya gəliblər. Lakin söhbət alınmayıb və sabiq deputatlar tapançaya əl atıblar.

Nəticədə Karapetyan güllə yaraları ilə xəstəxanaya çatdırılıb və orada dünyasını dəyişib. Qaragözyan isə hadisə yerindən qaçmışdır.

Oxu.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button