2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Hindistanda təhsil alan əfqanıstanlı tələbələri ölkələrinin gələcəyi narahat edir

Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Hindistanın kollec və universitetlərində oxuyan əfqanıstanlı tələbələri ölkələrinin gələcəyi narahat edir. Hindistanda Əfqanıstandan gələn tələbə çoxdur və onların əksəriyyəti Hindistan hökumətinin ölkədə təhsili təbliğ etmək niyyəti ilə təqaüd alır.

Bu, Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Hindistan kolleclərində oxuyan bir neçə əfqanıstanlı tələbə arasındakı söhbətdir. Səidə Dilyabi “Öz həyatımız, ailələrimizin həyatı təhlükədə olacaq, buna görə geri dönə biləyəcəyimizi düşünmürəm.”

“Əfqanıstana heç vaxt geri dönmərəm” – deyə, Minə Əzimi adlı tələbə bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu tələbələr Talibanın beş illik hakimiyyəti dövründəki repressiyalar barədə eşidərək böyüyüb. Onlar Talibanın qadın haqlarına hörmətlə yanaşacağına , onların təhsil almalarına və işləmələrinə icazə verəcəyinə inanmır. Səidə Dilyabi “Etdikləri ilə dedikləri düzgün gəlmir.”

Minə Əzimi “Yeni gəliblər, buna görə də özlərini yaxşı göstərmək istəyirlər. Ancaq hamının əmin olduğu kimi, əminəm ki, bir aydan sonra, iyrənc qaydalarını insanlar üzərində tətbiq edəcəklər və bu qaydalar xüsusilə qadınlar üçün olacaq.”

Yüzlərlə əfqanıstanlı tələbə Hindistanda Əfqanıstanda təhsili inkişaf etdirmək üçün Hindistan hökumətinin verdiyi təqaüdlərlə təhsil alır.

Qaçmağa çalışan əfqanların görüntüləri Dilyabi kimi tələbələr arasında qorxunu daha da artırır. O, ailəsinin hərbi keçmişinin onu hədəfə çevirəcəyindən narahatdır və Talibanın heç bir qisas alınmayacağı iddiasına inanmır. “Qardaşlarımdan biri 2016-cı ildə vəzifəsini yerinə yetirərkən Taliban tərəfindən bomba partlayışı nəticəsində ölüb, hərbi xidmətdə olan kiçik qardaşım da Talibandan aldığımız təhdidlərə görə qaçıb. Ona görə çox risklidir” deyr Səidə Diyabi.

Bəzi tələbələr gələcəklərinin əlindən alındığını düşünür. Əli Nəzər Nəbizadə Kabildə hökumətdə işləmək arzusunda idi. İndi o, Hindistanda qalmaq istəyir. Əli Nəzər Nəbizadə “Ora qayıtmaq istəmirəm, çünki bilirsiniz ki, mənim biliyim Talibana lazım deyil.”

Bəzilərinin seçimləri var. Əzimi Kanadaya köçməyi planlaşdırır və vətəninə nə vaxt qayıdacağını bilmir. Digərləri geri dönə bilər. Şübhə ilə yanaşsalar da, onlar Talibanın daha mülayim mövqe vədinə əməl etməsini çox istəyirlər.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button