Bizim tərcümə

Honq Konqlu etirazçı Çinin Mançesterdəki Konsulluğunda döyülüb!

2022-10-17 14:27:34

Naməlum şəxslər tərəfindən konsulluğa gətirilən etirazçı döyüldükdən sonra polis və digər nümayişçilərin köməyi ilə qaça bilib.

Hadisədən sonra BBC Çin Xidmətinə danışan Honq-Konqlu Bob adlı etirazçı, konsulluqdan çıxan bəzi şəxslərin plakatlarını sındırdıqlarını söylədi.

“Məni içəriyə sürüklədilər, onlara mane olmaq istəyərkən döydülər” deyən etirazçı Britaniya polisi tərəfindən onu çölə çıxarıb.

Hadisədən sonra camaatın qəzəbi daha da artıb.

İngilis polisinə də reaksiya verən etirazçılar, hücum edənlərin daha çox şey edə biləcəyini müdafiə etdilər.

Konsulluq rəsmiləri hadisədən əvvəl etirazçılardan küçəni keçməyi xahiş etmişdi.

Konsulluğun sözçüsü bildirib ki, etirazçılar konsulluq binasının ara girişində “Çin prezidentinin alçaldıcı şəklini” asıblar ki, bu, heç bir ölkənin diplomatik və konsulluq nümayəndəlikləri üçün “dözülməz və qəbuledilməzdir”.

Sözçü “təəssüf doğuran” kimi qiymətləndirdikləri etirazı “qətiyyətlə pislədiklərini” bəyan edib.

Mançester Polis İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Böyük Britaniya Xarici İşlər Nazirliyi də Çindən açıqlama istəyib.

Konsulluğun binasına müdaxilə edən işçilər diplomatik toxunulmazlıqdan istifadə edirlər.

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının keçmiş liderlərindən Iain Duncan Smith Twitter hesabında yazdığı bir yazıda Britaniya hökumətinin Çin səfirindən üzr istəməli olduğunu və insidentdə iştirak edənlərin Çinə geri göndərilməli olduğunu bildirib.

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button