2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

İlham Əliyevin ATƏT-in Minsk Qrupu, İrana məxsus yük maşınları, Zəngəzur dəhlizi, barışıq mümkünlüyü və Qarabağ erməniləri haqqında dedikləri

Bakı/27.09.21 Minsk Qrupu İkinci Qarabağ müharibəsi başa çatdıqdan və münaqişə həll edildikdən sonra heç bir təklif irəli sürməyib. Etimadın möhkəmləndirilməsi üzrə tədbirlər, daha sonra yolların, dəhlizlərin açılması zəruridir – yəni sülh prosesinə, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə dəstək lazımdır, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün addımlar atılmalıdır. Həmsədrlər bununla məşğul olmalıdır. Bu barədə bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Anadolu agentliyinə müsahibəsində bildirib.

O, 10 noyabr 2020-ci il tarixli razılaşmaların həyata keçirilməsinin gedişatı haqqında suala cavabda deyib ki, bu sənəddə əksini tapan əsas məsələlər həll edilib, baxmayaraq ki, Ermənistan bir sıra razılaşmaları yerinə yetirmir. Xüsusən, bu, hərbi qüvvələrin Qarabağdan çıxarılmasına aiddir.

Bundan başqa, Ermənistan Azərbaycan və Naxçıvan arasında kommunukasiyaların açılmasını ləngidir. Ermənistan buna razılıq vermir və 10 noyabr tarixli bəyanatın bəndlərini kobud şəkildə pozur, deyə Əliyev bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Hələlik biz səbr edirik. Amma bizim səbrimizin də həddi var. İkinci Qarabağ müharibəsi göstərib ki, bizim səbrimiz tükənəndə nə baş verir. Buna görə biz Ermənistana 10 noyabr tarixli bəyanatın bütün şərtlərini yerinə yetirmək və məsuliyyətli hərəkət etmək üçün şans veririk”, deyə Əliyev Ermənistanı təhdid edib.

Ermənistan hərbiçiləri və xarici vətəndaşlar Laçın dəhlizindən istifadə edir, bu, niyə baş verir? Bu suala cavabda Əliyev deyib ki, Bakı öz narazılığını Moskvanın diqqətinə çatdırır. “Biz bu məsələni dəfələrlə qaldırmışıq. Qarabağ bizim ərazimizdir. Heç bir xarici vətəndaş və ya nəqliyyat vasitəsi bu rayonlara bizdən icazəsiz gedə bilməz”.

Yerevanın Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olması barədə bəyanatları Bakıda necə qarşılanır? Buna cavab olaraq Əliyev bildirib ki, Paşinyanın sözləri etibar doğurmur, çünki Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları var. “Buna görə onlar ilk növbədə yeni konstitusiya hazırlamalı və qəbul etməlidirlər”, deyə Əliyev qeyd edib.

Ermənistan Azərbaycana qarşı iddialardan da əl çəkməli və Bakı ilə münasibətləri normallaşdırmalıdır. Əvvəlcə Ermənistan yeni reallığı normal qiymətləndirməlidir, bu halda regionda genişmiqyaslı əməkdaşlıq mümkün olar, deyə Əliyev bildirib.

İranın Qarabağ separatçılarına köməyi Bakıda necə qarşılanır? Prezident bu suala cavabda deyib ki, İrana məxsus yük maşınları Qarabağa qanunsuz gedir və bu, ilk dəfə deyil. İşğal zamanı da bu baş verirdi. “Biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı bildirmişik. Amma bu proses davam edirdi”, deyə Əliyev bildirib.

“Mən Prezident Administrasiyasının əməkdaşlarına İranın Azərbaycandakı səfiri ilə danışmağı tapşırmışam. Biz bunu rəsmi səviyyəyə çıxarmaq istəmirik. Qoy dostcasına danışsınlar və buna son qoyulmalı olduğunu bildirsinlər. Bu, bizə qarşı hörmətsizlikdir. Bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, buna son qoyulmalıdır. Bu, iyulda olub”, deyə Əliyev qeyd edib.

Amma İrana məxsus yük maşınları erməni nömrələri taxaraq, Qarabağa getməyə davam edirdi. “Bu, fırıldaqçılıqdır. Onlar bizi aldatmağa çalışıblar. Buna görə bir ay sonra biz rəsmi olaraq diplomatik nota hazırladıq, İran səfiri XİN-ə çağırıldı və ona irad bildirildi. Bununla belə, avqustun 11-dən sentyabrın 11-nə qədər İranın 60-a yaxın yük maşını qanunsuz olaraq Qarabağa gedib. Bu dəfə biz praktiki addımlara keçmək qərarına gəldik və Azərbaycan ərazisindən keçən yola nəzarət etməyə başladıq. Bundan sonra İrana məxsus yük maşınları Qarabağa getməməyə başladı. Yəni bu ticarət o qədər vacibdir ki, siz dost və qardaş hesab etdiyiniz ölkəyə qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirirsiniz?”, deyə Əliyev bildirib.

İranın Azərbaycan sərhədləri yaxınlığında təlim keçirməsinə toxunan Əliyev bunu “gözlənilməz” adlandırıb. Hər bir ölkə öz ərazisində hərbi təlimlər keçirmək hüququna malikdir. “Niyə məhz indi və niyə bizim sərhədimizdə?”, deyən Əliyev İranla uzunmüddətli əməkdaşlığa zərbə vurulmayacağına ümid etdiyini bildirib.

Qarabağ erməniləri haqqında suala cavabda Əliyev deyib ki, Azərbaycan onları öz vətəndaşı hesab edir. “Biz onları Azərbaycan vətəndaşları kimi qəbul edirik. Sadəcə olaraq onlar da bunu qəbul etməlidir”, deyə o qeyd edib. Qarabağda yaşayan ermənilər regionun bərpası prosesinin bir hissəsinə çevrilə bilərlər. “Biz xoş məram nümayiş etdiririk və onların xoşbəxt və firəvan gələcəklərinin yalnız Azərbaycan dövləti ilə bağlı olduğunu anlayacaqlarına ümid edirik”, deyə Əliyev bildirib. -02D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button