Bizim tərcümə

İndoneziyada kəskin böyrək çatışmazlığından uşaq ölümləri artır

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-22 14:26:31

İndoneziyada bəzi şərbətlərin tərkibindəki maddələrə görə kəskin böyrək çatışmazlığından ölənlərin sayı artır. İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikin verdiyi açıqlamada kəskin böyrək çatışmazlığından ölən uşaqların sayının 99-dan 133-ə yüksəldiyini bildirib.

Nazir Sadikin, ölümlərin yanvar ayından bəri 22 əyalətdə bildirilən cəmi 241 hadisə arasında olduğunu və xəstələrin əksəriyyətinin 6 yaşdan kiçik uşaqlar olduğunu bildirdi. Laboratoriya müayinələrinə görə uşaqların qanında dietilen qlikol və etilen qlikol maddələrinin aşkar edildiyini bildirən Sadıkın, “Həyatını itirən 11 uşaqdan 7-də etilen qlikol, dietilen qlikol və etilen qlikol butil efir maddələri aşkar edilib. Bu, öz təsdiqini tapıb. Kəskin böyrək çatışmazlığının məhz bu maddələrdən qaynaqlandığını”.

Saytların yığılması Saytlarin yigilmasi

Səhiyyə işçilərinin zərərçəkmiş uşaqların evlərində tapılan 102 şərbətdə oxşar maddələrin izləri tapdığını ifadə edən Sadıkın, bütün şərbət və maye dərmanların yazılması və satışına qoyulan qadağanın sözügedən 102 məhsulla məhdudlaşacağını qeyd edib.

İndoneziya Qida və Dərman Tənzimləmə Təşkilatı (BPOM) isə 3 yerli əczaçılıq şirkətinin istehsal etdiyi həddindən artıq miqdarda etilen qlikol ehtiva edən 5 şərbətin adını açıqlayıb və dərmanların dərhal bazardan çıxarılması və məhv edilməsi barədə göstəriş verib.

ŞƏRƏB VƏ MAYE DƏRMANLAR QADAĞANDIR

İndoneziya səhiyyə orqanları oktyabrın 20-də yanvar ayından bəri kəskin böyrək çatışmazlığından uşaq ölümlərinin sayının artmasının səbəbini araşdırdıqlarını və bütün şərbətlərin və maye dərmanların satışının və reseptinin müvəqqəti olaraq qadağan edildiyini açıqladı.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button