2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

İnternetdə saxta profillərlə təhqir yazanlar cinayət məsuliyyətinə cəlb ediləcək

Azərbaycanda internetdə saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol vermək cinayət məsuliyyəti sayılacaq.

24saat.org  xəbər verir ki, bununla bağlı baş prokuror Zakir Qaralov tərəfindən Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi təklifi Milli Məclisdə qəbul edilib.
Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bundan başqa, Azərbaycanda internet informasiya məkanında dövlət başçısının – Prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdi cinayət məsuliyyəti yaradacaq.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələrinə əsasən, internetdə təhqir və böhrtana yol verən şəxslər də cinayət məsuliyyəti daşıyırlar. 
Milli Məclisdə həmçinin Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə də “internet informasiya ehtiyatında” sözləri də əlavə edilib. Buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmədir.
Qanuna əlavə edilən 323.1-1 maddəsində isə bu əməl internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button