2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranda qadınların reklamda iştirakı qadağan edilir

Hökumət qurumu reklamı “cinayət” adlandırıb, videoya qadın aktrisanın çəkilməsini pisləyib, belə reklamların cəmiyyətdə “əxlaqsızlığı təbliğ etdiyini” deyib

Saytların yığılması Saytlarin yigilmasi

İranda reklam agentliklərinə rəsmi tapşırıq gəlib ki, “Hicab və ismət” qanununa uyğun olaraq qadınların reklamlarda görünməsi qadağan olunur.

İslami irşad Nazirliyi həftəsonu agentliklərə bu haqda məktub göndərib. Bundan öncə “Domino” dondurma şirkətinin yaydığı reklam videosunda qadın aktrisa çəkilmişdi.

Hökumət qurumu reklamı “cinayət” adlandırıb, videoya qadın aktrisanın çəkilməsini pisləyib, belə reklamların cəmiyyətdə “əxlaqsızlığı təbliğ etdiyini” deyib.

Hazırda hakimiyyət ictimai yerlərdə hicab bağlamaq qaydasını pozduğu deyilən qadınlara təzyiqi gücləndirib.

Qaydalar sərtləşdirilir

Prezident İbrahim Rəisinin iyulun 5-də imzaladığı fərmanla hicab qanununun gücləndirilməsi nəzərdə tutulur, qadınların geyiminə dair məhdudiyyətlər siyahısı açıqlanıb. Ölkədə əxlaq polisi kimi tanınan patrullar isə fəallaşıblar, qanunun tətbiqinə nəzarət edirlər. Sosial mediada yayılmış videolarda onlar qadınları saxlayaraq furqonlu maşınlara mindirir, hadisə yerindən uzaqlaşdırırlar.

Qaydalara əməl etməyən qadınların hökumət idarələrinə, banklara, ictimai nəqliyyata buraxılmayacağı deyilir.

Fəallar isə qadağaların sərtləşdirilməsinə qarşı #hicabayox (#no2hijab) sosial media kampaniyası aparıb, əhalini qadağaları boykot etməyə çağırıblar.

İyulun 12-də “Milli Hicab və ismət günü”ndə qadın insan haqları fəalları baş örtüklərini çıxararaq bunun videolarını yayıblar.

İranda 1979-cu il İslam İnqilabından sonra yaşı 9-dan yuxarı qadın və qızların hicab taxması məcburi olub.

Ancaq illər keçdikcə bir çox iranlı qadın qaydalara əməl etməməyə başlayıb.

24 saat” “
İranda qadınların reklamda iştirakı qadağan edilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button