2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

İranlı cangüdən türk həmkarını gözündən kənar qoymadı – FOTO

Ankaranın Çankaya bələdiyyəsinin Müasir Sənətlər Mərkəzinin təşkil etdiyi rəsm sərgisinin açılış mərasimində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlindən sonra Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin görüşündə cangüdənlərin xüsusi tapşırığı olub.

Oxu.az Poliksal.ru-ya istinadən xəbər verir ki, onlar yalnız mühafizə etdikləri yüksək vəzifəli şəxslərə deyil, eləcə də bir-birini gözdən qoymayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

İnternetdə Rusiyanın XİN rəhbəri Sergey Lavrovun, Türkiyə və İranın XİN rəhbərləri Mövlud Çavuşoğlu Cavad Zərif ilə Moskvada baş tutan görüşündən foto yayılıb. Bu fotoda iranlı nazirin cangüdəninin yalnız öz nazirini deyil, eləcə də yanında duran türk həmkarını gözdən qoymamaq üçün xüsusi mövqe tutduğu görünür.

İranlı sözün əsl mənasında türk cangüdənindən gözünü çəkməyib.

Ruisyalı nazirin cangüdəni isə öz növbəsində danışıq zalının qapısı yanında duraraq vəziyyətə nəzarət edib.

Rusiya, Türkiyə və İran XİN rəhbərləri Moskvada baş tutan görüşdə Suriyadakı vəziyyəti müzakirə ediblər.

Andrey Karlov Ankaranın Çankaya bələdiyyəsinin Müasir Sənətlər Mərkəzinin təşkil etdiyi “Rusiya türklərin gözü ilə” rəsm sərgisinin açılış mərasimində hücum nəticəsində ölüb. Atəş açan şəxs polis tərəfindən zərərsizləşdirilib.

Məlumata görə, cinayətkar Mövlud Mert Altıntaş polis zabitidir. Moskva bu hadisəni terror aktı kimi qiymətləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button