2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Kseniya Sobçak Rusiyanı tərk edib

Yayımlandı: 26 Oktyabr 2022 21:57

Onun Litvaya getdiyi bildirilir

Teleaparıcı və bloger Kseniya Sobçak oktyabrın 25-dən 26-na keçən gecə Rusiyanı tərk edib. Onun Belarus ərazisi ilə Litvaya getdiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə hüquq-mühafizə orqanları yerli mediaya məlumat verib.

“O, gecə gec saatlarında Moskvadan çıxıb. Eyni zamanda internet vasitəsilə dünən Dubaya, bu gün isə Türkiyəyə aviabilet alıb. Sobçak əməliyyatçıları çaşdırmaq üçün belə edib. Nəticədə Belarus vasitəsilə Litvaya daxil olub. Müstəntiqlər Sobçakın saxlanılması barədə göstəriş versə də, jurnalist qaça bilib”,-deyə bildirilir.

Jurnalist Yüksək texnologiyalı sənaye məhsullarının inkişafı, istehsalı və ixracının təşviqi üzrə Dövlət Korporasiyasından pul tələb etməkdə şübhəli bilinib:

“Sobçak Rusiya Cinayət Məcəlləsinin 163-cü maddəsinin 3-cü hissəsinin “b” bəndi (xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) ilə şübhəli bilinir. Bu maddə ilə onu 15 il həbs cəzası gözləyir”.

Bu gün isə Kseniya Sobçakın Moskva vilayətindəki bağ evində kommersiya direktoru Kirill Suxanova qarşı iş üzrə axtarışlar aparılıb.

Oktyabrın 25-də K.Suxanov istintaq hərəkətləri üçün Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin Baş İstintaq İdarəsinə aparılıb. K.Sobçak kommersiya direktorunun hədə-qorxu ilə pul tələb etməsi bəhanəsilə saxlanıldığını təsdiqləyib.

“Bizim kommersiya direktorumuz Kirill Suxanov saxlanılıb. Deyirlər, pul tələb edir”, – o, “Telegram” kanalında yazıb.

1981-ci ildə Sankt-Peterburqda doğulan K.Sobçak şəhər Universitetinin hüquq fakültəsini bitirib. Onun atası Anatoli Sobçak 1991-1996-cı illərdə Sankt-Peterburqun meri olub.

K.Sobçak 2018-ci ildə prezident seçkilərində iştirak edib və 1.68 faiz səs toplayaraq 4-cü yeri tutub.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button