2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Məhşur biznesmen kasıblara 2 milyard pul bağışladı

Amazonun yaradıcısı Cef Bezos evsizlərə yardım etmək və yeni məktəblər tikmək üçün yaratdığı vəqfin fonduna 2 milyard dollar bağışladığını açıqlayıb.

“Sputnik Azərbaycan” xəbər verir ki, Bezos Day One Fund (Bezos İlk gün Fondu) adlı fond evsiz ailələrə yardım edən dərnək və vəqfləri maliyyələşdirməklə yanaşı yoxsul məhəllələrdə mənfəət gözləməyən – pulsuz bağçalar yaradacaq. Bezos 164 milyard dollar sərvəti olmasına baxmayaraq çox az xeyriyyə işləri görməsinə görə tənqid edilirdi.

Qeyd edək ki, Bezos bağışladığı pul haqqında Tvitter səhifəsində məlumat verib. O, “təhsil bir boşluğu doldurmaq deyil, bir alov yandırmaqdır. Və bu atəşin tezliklə yandırılması hər bir uşaq üçün əhəmiyyətlidir. Mənə bu günə qədər təkliflərlə gələn hər kəsə təşəkkür edirəm” deyə qeyd edib.

Xatırladaq ki, Bezosun 1994-cü ildə yaratdığı “Amazon”un dəyəri bu ay 1 trilyon olaraq dünyada birinci yerə sahib olub.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button