2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Masazır işıqsız qaldı

Ötən gecədən Masazır qəsəbəsində elektrik enerjisi kəsilib.

Sakinlərin  verdiyi məlumata görə, yalnız qəsəbənin giriş hissəsinə elektrik enerjisi verilir. Qalan ərazilərdə isə gecə saat 02.00 radələrindən elektrik enerjisi kəsilib. Bu isə şaxtalı havada sakinlərin vəziyyətini bir az da çətinləşdirib.

“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Publika.az-a problemdən xəbərdar olduqlarını və hazırda əməkdaşların ərazidə iş apardıqlarını bildirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Hazırda özüm də əraziyə gedirəm. İlkin məlumata görə, problem hava şəraiti ilə bağlıdır. Qısa zamanda aradan qaldırmağa çalışacağıq”.

T.Mustafayev bildirib ki, əhaliyə elektrik enerjisinin verilişində ciddi problem yoxdur. Bəzi yerlərdə baş verən fasilələr aradan qaldırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button