2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Mask özünü səsə qoydu, istifadəçilərin 57.5 faizi ‘istefaya get’ dedi

Əgər sözünün üstündə dursa İlon Mask (Elon Musk) Twitter-in rəhbəri vəzifəsindən istefa etməli olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

O bundan əvvəl bu məsələni – istefa edib-etməməli olması məsələsini Twitter platformasında səsə qoymuşdu.

Sky News yazır ki, Tesla və SpaceX şirkətlərinin başçısı səsverməyə London vaxtı ilə 23:00-da başlamışdı.

Səsvermənin bircə sualı vardı: “Mən Twitter-in başçısı kimi istefa verməliyəmmi?”

Mask ardınca yazırdı ki, bu səsvermənin nəticələrinə əməl edəcək.

Səsvermənin müddəti dekabrın 19-da səhər 11:20-də başa çatıb və iştirak edən istifadəçilərin 57.5 faizi Maskın vəzifədən getməsinə səs verib.

Səsverməyə müdaxilə edib

Mask bu sosial platformanı oktyabr ayında 44 milyard dollara alıb. Lakin onun rəhbərliyi bu qısa müddətdə xeyli təlatüm yaradıb.

Maraqlıdır ki, səsvermənin 20-ci dəqiqəsində Mask artıq narahat olmağa başlayıb və səsverməyə müdaxilə edib:

“Necə deyərlər, nəyi istədiyiniz məsələsində ehtiyatlı olun”.

O bir çox istifadəçi şərhlərinə cavab yazıb:

“Söhbət Twitter-ə başçı tapmaqdan yox, onu ayaq üstdə saxlamaqdan gedir”.

Mask belə davam edib:

“Əslində heç kim Twitter-i ayaq üstdə saxlamaq vəzifəsini istəmir. Bu məsələdə varis yoxdur”.

İlon Maskın platformaya praktik və gündəlik rəhbərliyi kimə və nə vaxt ötürəcəyi bilinmir.

Bundan əvvəl, ötən bazar günü Mask Twitter-in rəqibi olan başqa platformalara müharibə elan etmişdi. Onun göstərişi ilə Twitter-də başqa platformaları reklam edən hesablar bağlanmışdı.

Bu o demək idi ki, Twitter-də Facebook, Instagram, Mastodon və Donald Trampın Truth Social saytları da daxil başqa sosial media saytlarına link verənlərin hesabları bağlana bilər.

Mask Twitter-ə rəhbər gələndə platformanı və ifadə azadlığını yaxşılaşdıracağını, saxta hesabları bağlayacağını vəd etmişdi.

Lakin platforma özünün bir çox böyük reklamverənlərini itirib, çünki onlar Maskın götürdüyü kursdan və onun 13 milyard dollarlıq borcun faizlərini ödəmək qabiliyyətindən narahatdırlar.

24 saat” “
Mask özünü səsə qoydu, istifadəçilərin 57.5 faizi ‘istefaya get’ dedi
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button