Loading...
Loading...
ÖLKƏDünya

Ovsyannikova: Rusiyalıların çoxu müharibəyə qarşıdır

Ovsyannikova Fransa hakimiyyətinin sığınacaq təklifini rədd edib

Rusiyalıların çoxu Prezident Vladimir Putinin Ukraynaya qarşı müharibəsinin əleyhinədir. Bunu Rusiya dövlət televiziyasının canlı efirində Kremlin Ukraynanı işğalına etiraz etmiş redaktor Marina Ovsyannikova deyir. O, martın 20-də ABŞ-da yerləşən ABC TV-yə müsahibəsində rusiyalıları müharibəyə qarşı çıxış etməyə çağırıb.

“Bilirsiniz, hər şeydən öncə hamıya demək istəyirəm: Rusiya xalqı həqiqətən müharibəyə qarşıdır. Bu, Putinin müharibəsidir, Rusiya xalqının müharibəsi deyil”, – Ovsyannikova Moskvada tərcüməçi vasitəsilə verdiyi müsahibədə deyib.

Mühacirətə getməyib

Martın 14-də Ovsyannikova Rusiyanın Birinci Kanal-ının “Vremya” verilişində aparıcının arxasında qəflətən peyda olub. Onun əlindəki plakatda rusca “Müharibəyə yox. Müharibəni dayandırın. Propaqandaya inanmayıb. Onlar sizə yalan danışırlar” sözləri yazılıb. Plakatın aşağısında isə ingiliscə “Rusiyalıları müharibəyə qarşıdır” yazılıb. Redaktor həmçinin “Müharibəni dayandırın. Müharibəyə yox” şüarları səsləndirib.

Proqramda başqa reportaj efirə verilənəcən Ovsyannikovanın səsi bir neçə saniyəlik eşidilib.

Onu ertəsi gün icazəsiz etirazlara çağırışa görə cərimələyblər. Amma redaktora daha hansı ittihamların irəli sürüləcəyi bəlli deyil.

Ovsyannikova Fransa hakimiyyətinin sığınacaq təklifini rədd edib.

“Fransanın sığınacaq təklifini açıq şəkildə rədd elədim, çünki vətənpərvərəm. Mühacirətə getmək, həyatımın daha 10 ilini başqa ölkəyə öyrəşməklə itirə bilmərəm”, – Ovsyannikova müsahibəsində söyləyib.

Qərar spontan olsa da…

O, ABC TV-yə etirazının “spontan” qərar olduğunu deyib, amma hökumətdən narazılığının illərlə yığıldığını vurğulayıb. Bir çox həmkarlarının da eyni hisslər keçirdiyini qeyd edib.

“Bizim dövlət kanallarında propaqanda getdikcə daha çox təhrif edilir və Rusiyada siyasətə təzyiq bizi laqeyd qoya bilməzdi”, – o bildirib.

“Dostlarımla, həmkarlarımla danışırdım, heç kəs son anadək belə bir şeyin baş verə biləcəyinə inanmırdı, yəni, belə bir mənfur müharibənin olacağına”, – Ovsyannikova söyləyib.

“Müharibə başlayanda yata bilmirdim, yeyə bilmirdim. Bu vəziyyətin işıqlandırılmasından bir həftə keçəndən sonra Birinci Kanal-da atmosfer o qədər iyrənc idi ki, oraya gedə bilmədiyimi anladım”, – deyən Ovsyannikova işdən çıxdığını, “digər adamlara müharibəyə qarşı danışmaq üçün stimul verəcəyinə” ümid etdiyini vurğulayıb.

24 saat” “
Ovsyannikova: Rusiyalıların çoxu müharibəyə qarşıdır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  'Mavi dəbilqəlilər' haradadır? BMT nə üçün Ukraynada sülhü qoruya bilmir?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button