2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Penitensiar Xidmət Mehman Hüseynova xəstə anası ilə görüşə icazə vermədi

“Hüseynov Mehman Rafiq oğlu cəza çəkdiyi müddət ərzində müəssisədə keçirilən islah yönümlü tədbirlərdə iştirak etməkdən yayınmışdır. Belə ki, müəssisənin ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə və aparılan abadlıq işlərində iştirak etməmiş, habelə barəsində yaxşılaşdırılmış saxlanma şəraitinə keçirilmə və digər həvəsləndirmə tədbirləri tətbiq edilməyib”

Həbsdə olan bloger Mehman Hüseynovun ağır vəziyyətdə reanimasiyada yatan anası ilə görüşünə icazə verilməsi ilə bağlı müraciətə Penitensiar Xidmətdən mənfi cavab verilib.

24saat.org xəbər verir ki, bu barədə vəkil Şəhla Hümbətova məlumat yayıb. Penitensiar xidmətə edilmiş müraciətə aşağıdakı məzmunda cavab verilib:

“Hörmətli Şəhla xanım, Sizin, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)- 69/2017 saylı 03.03.2017-ci il tarixli hökmü ilə AR CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkum Hüseynov Mehman Rafiq oğlunun AR CİM-nin 89-cu maddəsinə əsasən 07 (yeddi) gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilməsi ilə əlaqədar 25.07.2018-ci il tarixdə Penitensiar xidmətdən daxil olmuş müraciətinizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 89.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisələrində, ilk dəfə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə məhkum olunmuş ümumi rejimli cəzaçəkmə müəssisələrində və tərbiyə müəssisələrində saxlanılan məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar, məhkumlara və ya onların ailəsinə təbii fəlakətlə və digər fövqəladə hadisə nəticəsində əhəmiyyətli maddi zərər vurulduqda cəzaçəkmə müəssisələrinin hüdudlarından kənara (yalnız ölkə daxilində) yeddi gün müddətinə qısa müddətli səfərə getməsinə icazə verilə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Lakin, məhkum Hüseynov Mehman Rafiq oğlu cəza çəkdiyi müddət ərzində müəssisədə keçirilən islah yönümlü tədbirlərdə iştirak etməkdən yayınmışdır. Belə ki, müəssisənin ictimai həyatında, mədəni-kütləvi tədbirlərdə və aparılan abadlıq işlərində iştirak etməmiş, habelə barəsində yaxşılaşdırılmış saxlanma şəraitinə keçirilmə və digər həvəsləndirmə tədbirləri tətbiq edilməmişdir. Xasiyyətcə qapalıdır. Göstərilənlərlə əlaqədar onun əməyə münasibətinin qənaətbəxş olmaması və islah yoluna qədəm qoymaması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkum M.R.Hüseynovun qısa müddətli səfərə buraxılması məqsədəmüvafiq hesab olunmur” deyə Penitensiar Xidmətin cavab məktubunda deyilir.

M.Hüseynov Nəsimi RPİ-nin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayətinə əsasən, Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə təqsirli bilinərək, Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.O, məhkəmə zalında həbs olunub.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, o peşə fəaliyyətinə görə təzyiqə məruz qalır və saxlanılarkən polislər ona işgəncə veriblər.

O, işgəncə faktının araşdırılması və cinayət işi başlanması üçün prokurorluğa müraciət etsə də, prokurorluq cinayət işinini başlanmasının rədd edilməsi barədə qərar qəbul edib.

DİN də onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

Bu şikayətə əsasən, Mehman Hüseynov martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O hazırda saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button