Loading...
Loading...
SEÇMƏ

Prezidentin əvf etdiyi musiqiçi yenidən həbs olunub

Yayımlandı: 18 İyul 2022 20:31

Musiqiçinin sürücülük vəsiqəsinin müddətinin bitdiyi məlum olub

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən əfv edilən repçi Kodak Blek yenidən Florida ştatında həbs olunub.

Polislər onun avtomobilini yoxlamaq üçün saxlayıblar.

Musiqiçinin sürücülük vəsiqəsinin və avtomobilin sənədlərinin müddətinin bitdiyi məlum olub.

Həmçinin idarə etdiyi avtomobilin şüşələri qanunla icazə veriləndən daha çox tündləşdirilib.

Maşında həm də 31 tablet asılılıq yaradan ağrıkəsici “Oxycodone” tapılıb.

Kodak Blek 2019-cu ilin noyabrında qanunsuz silah əldə etdiyinə görə üç ildən çox müddətə azadlıqdan məhrum edilib.

Donald Tramp prezidentliyinin son günlərində repçini mədəniyyət və cəmiyyətə xidmətlərinə görə əfv edib.

Kodak Blek 2014-cü ildə “No Flockin” sinqlı ilə tanınıb.

Onun debüt albomu “Painting Pictures” ən çox dinlənilən musiqilər siyahısında yer alıb.

Meydan TV

Gözdən qaçırmayın:  Qaziləri intihara sürükləyən səbəblər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button