2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qorbaçov vəfat edib

Yayımlandı: 31 Avqust 2022 07:45

92 yaşlı siyasətçi böyrək xəstəliyindən əziyyət çəkirmiş

SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov 92 yaşında Moskvada vəfat edib.

Saytların yığılması Saytlarin yigilmasi

Keçmiş prezidentin Mərkəzi Klinik Xəstəxanada vəfat etdiyi bildirilir.

Həkimlərin sözlərinə görə, Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra avqustun 30-da axşam saatlarında ölüb.

Bildirilir ki, o, ölüm ərəfəsində hemodializ proseduru üçün Mərkəzi Klinik Xəstəxanaya gəlib.

Siyasətçinin böyrəklərində problemlərin olduğu bildirilir.

Hələ iyun ayında Qorbaçov Fondunun mətbuat katibi Vladimir Polyakov siyasətçinin səhhətinin pisləşməsindən danışmışdı.

O qeyd etmişdi ki, Qorbaçov böyrək xəstəliyindən əziyyət çəkir və müalicə olunur, o cümlədən hemodializ aparılır. Həmçinin siyasətçinin nümayəndəsi 91 yaşlı eks-prezidentin səhhətinin pisləşməsini yaşla əlaqələndirmişdi.

M.Qorbaçov Sovet İttifaqına rəhbərlik edərkən yenidənqurma və aşkarlıq siyasətinin başladığını elan edib.

1986-cı ildə Çernobıl AES-də baş vermiş qəza yenidənqurma siyasəti üçün sınaq sayılırdı.

Qorbaçov faciədən 19 gün sonra xalqa müraciət etdi və baş verənlərin real miqyasından danışdı.

Mixail Qorbaçov və ABŞ Prezidenti Ronald Reyqan “Soyuq müharibə”yə son qoydu.

Onlar 1987-ci ildə orta mənzilli raketlərin ləğvi haqqında saziş imzaladılar ki, bu da silahlanma yarışının sonu demək idi.

1991-ci ilin avqust çevrilişinə cəhd sovet dövrünün sonunun başlanğıcı oldu. Elə həmin ilin dekabrında Qorbaçov istefa verdi və bir neçə gün sonra Sovet İttifaqı rəsmən dağıldı.

SSRİ prezidenti dünyada Soyuq Müharibəyə son qoyan şəxs kimi yadda qaldı, buna görə Mixail Qorbaçov 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görüldü.

M.Qorbaçov Azərbaycan xalqının yaddaşında 1990-cı ilin 20 yanvar faciəsi ilə xatırlanır.

32 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ hərbi qüvvələrinin Bakıda dinc əhalini atəşə tutması nəticəsində 134 nəfər həlak olub.

Rəsmi məlumatlara əsasən, SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu korpusu yeridilib.

Məqsəd Azərbaycandakı kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq idi.

SSRİ Müdafiə Nazirliyi, DİN və DTK tərəfindən hazırlanan əməliyyat “Zərbə” adlanırdı.

Məlumatlara görə, əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayıb.

Eyni zamanda, 1986-cı ilin dekabrında Qazaxıstanda,1989-cu ilin aprelində Gürcüstanda, 1991-ci ilin yanvarında Litvada dinc insanların güllələnməsi M.Qorbaçovun hakimiyyəti dövründə baş verib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button