2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Roma Papası Hitleri yada saldı, xəbərdarlıq elədi

Roma Papası Hitlerin hakimiyyəti qəsb etmədiyini, xalq tərəfindən seçildiyini və öz xalqına böyük faciələr gətirdiyini bildirib.
Papa Fransisk deyib ki, böhran dövrlərində sağlam düşünə bilmirik, populist vədlər verən xarizmatik liderlər ortaya çıxır: “Bu liderlər də vədlərini yerinə yetirə bilmirlər. İnsanlar divarlarla, maneələrlə özləri, milli dəyərləri üçün təhlükəli saydıqlarından qorunmağa çalışırlar. Ölkələr terrorizm təhlükəsi ilə bağlı sərhədlərini qorumalıdırlar, ancaq heç bir ölkə öz vətəndaşlarının qonşularla dialoqunu aradan qaldırmaq səlahiyyətinə malik deyil”.

Roma Papası Avropanı qaçqınların inteqrasiyasına daha çox diqqət ayırmağa çağırıb: “Əks halda Avropa cəmiyyətini yeni gettoların formalaşması təhlükəsi təhdid edir. Brüsselin Molenbek kommunasında əsasən Afrika ölkələrindən gələnlərin məskunlaşdığı belə bir getto artıq var”.

ap

Saytların yığılması Saytlarin yigilmasi

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button