2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya mübahisəli adalara raket sistemləri yerləşdirir


 

Rusiya ordusu Yaponiyanın iddia etdiyi Kuril adalarına müasir raketdən müdafiə sistemləri yerləşdirildiyini açıqlayıb.

S-300V4 sistemləri Kuril adalarında döyüş növbəsinə daxil olub, onlardan öncə isə yaxınmənzilli Tor M2 sistemləri yerləşdirilib. Məlumatı dekabrın 1-də Rusiyanın Şərq Hərbi Dairəsi yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya mübahisəli adalarda qüvvələrini artırır, müasir qırıcı təyyarələr, gəmi əleyhinə raketlər yerləşdirib.

Sovet İttifaqı 2-ci Dünya Müharibəsinin son günlərində Kuril adalarını zəbt edib. Yaponiya isə adaları özünün Şimal Ərazisi sayır. Bu mübahisə ucbatından Rusiya və Yaponiya müharibənin rəsmən bitməsinə dair sülh sazişi imzalamayıblar.

Onillər boyunca davam edən diplomatik cəhdlər nəticə verməyib.

Tokio isə strateji vacib saydığı adalar zəncirində Moskvanın hərbi addımlarına yüksək həssaslıqla yanaşır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button