2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiya və Ukrayna arasında daha bir əsir mübadiləsi olub

Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak bildirib ki, Ukraynaya qaytarılan 107 əsirin arasında “Azovstal” zavodunun 74 müdafiəçisi də var

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın Müdafiə Nazirliyi noyabrın 3-də Ukraynadan 107 Rusiya hərbi əsirinin qaytarıldığını xəbər verib.

Məlumatda deyilir ki, qaytarılanlar Moskvaya gətiriləcək və Müdafiə Nazirliyinin müxtəlif tibb müəssislərində müalicə olunacaqlar.

Rusiya hökuməti bildirir ki, “bu adamlar əsirlikdə ölüm təhlükəsi ilə üzləşmişdilər”.

Bundan əvvəl, noyabrın 3-də qondarma “Donetsk Xalq Respublikası”nın başçısı Denis Puşilin demişdi ki, əsirlikdən qaytarılanların arasında separatçıların nəzarətində olan ərazilərinb 65 sakini də var.

Puşilin bildirmişdi ki, Ukrayna tərəfinfə əsasən Ukrayna silahlı qüvvələrinin hərbi qulluqçuları qaytarılıb.

Azovstal zavodunun müdafiəçiləri də qaytarılıb

Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak bildirib ki, Ukraynaya qaytarılan 107 əsirin arasında “Azovstal” zavodunun 74 müdafiəçisi də var:

“Biz döyüşlərdə yaralanan bir çoxlarını evlərinə qaytarmışıq. Məsələn biz Mariupolda, Azovstal zavodunda yaralanmış, ayaqlarında və qollarında, bədənlərinin müxtəlif yerlərində güllə və qəlpə yaraları olan əsgərləri geri ala bilmişik. Bunların arasında ətrafları amputasiya edilənlər, üzlərinin bir tərəfini hiss etməyənlər, yaraları irinləmiş şəxslər var”.

Yermakın məlumatına görə Ukraynaya ümumilikdə 6 zabit, 101 əsgər qaytarılıb.

Bundan əvvəl Ukrayna və Rusiya arasında əsir mübadiləsi oktyabrın 29-da olmuşdu.

Kiyev bildirirdi ki, əsirlikdən ikisi müllki şəxs olmaqla 52 nəfər qaytarılıb.

Rusiya tərəfi ona 50 əsirin qaytarıldığını xəbər vermişdi.

24 saat” “
Rusiya və Ukrayna arasında daha bir əsir mübadiləsi olub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button