2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyada xarici markalı alkoqollu içkilərin ehtiyatı tükənir

“Təkcə pivə idxalı ilə bağlı deyil, digər spirtli içkilərin idxalında da problemlər var”

Rusiyanın Ukraynaya qoşun yeritməsindən və Qərbin geniş sanksiyalarından cəmi bir ay sonra Moskvanın mərkəzi restoranlarından birində ofisiant “bağışlayın, bu, içdiyiniz son çex pivəsi idi” deyə, müştəriyə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Reuters” yazır ki, ilk vaxtlar xarici məhsulların tezliklə bitəcəyi anonsu verilsə də, bu gün, yəni Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat adlandırdığı hücumdan 100 gündən çox vaxt keçməsinə baxmayaraq, Moskva restoranlarında, barlarında xarici spirtli içkilər var. Restoran sahiblərinin bildirməsinə görə, həmin içkilər zamanında depolanıb və bu ehtiyatlar getdikcə azalır.

Moskvada iki barı idarə edən Aleksandr Skripkin deyib ki, bəzi məşhur restoran və barlar müharibə yeni başlayanda, hətta ilk qığılcımlarında öz tədbirlərini görüb:

“Bəzi barlar və restoranlar müharibə yeni başlayanda böyük ehtiyatlar toplayıb. Bildiyimə görə, fevralın 24-dən sonra sifariş edilmiş və təsdiqlənmiş yeni çatdırılma olmayıb”.

Fevralın 24-dən bu yana Rusiya bazarlarını xeyli xarici şirkət tərk edib. Gəmiçilik ticarəti kəskin şəkildə azalıb. Bu da Rusiya iqtisadiyyatına təzyiq göstərib və rusların xarici istehsal alkoqolun bol seçiminə alışmış vərdişlərinə təsir edib.

Moskvada dövlət maliyyə təşkilatında işləyən 36 yaşlı İT eksperti Antonun “Reuters”ə deməsinə görə “pivə ilə bağlı vəziyyət çox acınacaqlıdır”.

“Paulaner, Pilsner Urquell və digər dadlı məhsulları demirəm, rus pivəsinin belə burada qalacağına qətiyyən əmin deyiləm. Təkcə pivə idxalı ilə bağlı deyil, digər spirtli içkilərin idxalında da problemlər var”, – o əlavə edib.

Rusiya pivə zavodları mayaotu kimi xammal idxalından çox asılıdır. Bu ölkənin Pivə İstehsalçıları Assosiasiyası Rusiyanın ən böyük xammal distribyutorlarından biri olan “Beer Resource”-a istinadən bildirib ki, “Avropa və Amerikadakı tədarükçülərə pul göndərilməsi ilə bağlı çətinliklər, eləcə də tədarük zəncirlərinin pozulması indi ən çətin iki məsələdir.

Dünyanın ən böyük xarici konteyner xətləri, o cümlədən ilk üçlüyə daxil olan MSC, Maersk, CMA CGM – Rusiyaya və Rusiyadan yük daşımalarını müvəqqəti olaraq dayandırıb. Rusiya və Belarusla həmsərhəd olan Avropa Birliyi ölkələri isə bu ölkələrdə qeydiyyatdan keçmiş yük maşınlarının ölkəyə girişini qadağan edib.

Moskvanın restoran biznesi üzrə ombudsman Sergey Mironov deyib ki, içki anbarları demək olar ki, boşdur. Restoranlar hazırda köhnə malları satırlar.

Rusiya Prezidenti Vladimir Putin isə düşünür ki, onlar Qərbə qarşı sanksiyalar tətbiq etməklə yenidən güclənəcəklər. Bu da Rusiya firmaları üçün yeni imkanlar yaradacaq.

“Gedənlərə baxanda, bəzən nə yaxşı ki, getdilər deyirəm. Biz onların yerlərini tutacağıq. Özümüzün biznesimiz, istehsalımız olacaq və zamanla böyüyəcəyik”, – Putin bildirib.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button