2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyanın ən böyük banklarından biri müflis elan olunub

Tatarıstan Arbitraj Məhkəməsi “Tatfondbank” kommersiya bankını müflis elan edib. “Report” “Interfax” agentliyinə istinadən xəbər verir ki, müflisləşmə barədə Rusiya Bankı (Mərkəzi Bank) iddia qaldırıb.

Qeyd edək ki, Bankın lisenziyasının geri çağırılması anında aktivlərinin 71,4 mlrd. rubl (1,25 mlrd. ABŞ dolları), öhdəlikləri isə 189,7 mlrd. rubl (3,33 mlrd. dollar) təşkil edib. “Tatfondbank”ın müvəqqəti idarəetmə üzrə nümayəndəsi bildirib ki, Bankın mərkəzləşmiş öhdəlikləri 3 mlrd. rubl (52,6 mln. dollar), digər kredit təşkilatları qarşısında öhdəliyi isə 27 mlrd. rubl (473,7 mln. dollar) həcmindədir.

Xatırladaq ki, Rusiya Bankı “Tatfondbank”ın lisenziyasını 3 martda ləğv edib. Onun kapitalında fevral ayının 1-nə çatışmazlıq 96,7 mlrd. rubl (1,7 mlrd. dollar) təşkil edib. Bankın yüksək vəzifəli menecerlərinin həbs olunduğu bildirilir. Buna səbəb kimi Bankın vəsaitlərinin qanunsuz mənimsənilməsi faktları göstərilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, “Tatfondbank” Rusiyanın aktivlərinə görə top-50 bankları siyahısında yer alıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button