2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyanın Mari El Respublikasında kütləvi meşə yanğınları baş verir

Rusiyanın Volqa regionunda yerləşən Mari El Respublikasında meşə yanğınları baş qaldırıb. Yanğınlar səbəbindən respublikanın paytaxtı Yoşkar-Ola-nı qalın tüstü qatı bürüyüb.

Yanğınlar avqustun 19-u Medvedevo rayonunda başlayıb. Sürətlə yayılması səbəbindən 20 avqust tarixində yaxınlıqadkı bir neçə kənddən və kurort zonalarından yüzlərlə insan evakuasiya edilib.

Mari El Respublikasının rəhbəri Aleksandr Yevstifeyev bölgəyə gələrək hadisə yerində yanğınsöndürənlər və könüllülərlə görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Avqustun 20-də erkən saatlarda əlavə 150 könüllü yanğınsöndürmə əməliyyatına cəlb olunan 400 nəfərə qoşulub. Respublika hökümətinin məlumatına görə, yaxın saatlarda yanğın yerinə​ daha çox insan və texnikanın, o cümlədən hərbi qulluqçuların göndəriləcəyi gözlənilir.

Mari El-in Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi bildirir ki, ilkin hesablamalara əsasən, yanğın 120 hekat ərazini cənginə alıb və yaxınlıqdakı bir neçə kənd və kurort zonalarına çox yaxın məsafədədir.

Bu il meşə yanğınları Rusiyanın digər bölgələrini, xüsusən də Sibirin geniş ərazisini bir neçə həftə ərzində məhv edib.

Rusiyanın Təbii Sərvətlər Nazirliyi keçən həftə verdiyi məlumatda bildirib ki, ölkədə aktiv 252 meşə yanğını olub və bu da təxminən 4,2 milyon hektar ərazini əhətə edir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button