2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Saakaşvili həmrəylik aksiyasının iştirakçılarına dəstəyə görə təşəkkür edib

Yayımlandı: 5 Yanvar 2023 15:51

Aksiya iştirakçıları sabiq prezidentin azad edilməsini və ona Avropa İttifaqındakı klinikada müalicə almağa imkan yaradılmasını tələb edib  

“Kavkazski uzel”in materialı

Saytların yığılması Saytlarin yigilmasi

Gürcüstanın üçüncü prezidenti Mixael Saakaşvili Gürcüstanda, Avropa ölkələrində və ABŞ-da keçirilən dəstək aksiyasının iştirakçılarına təşəkkür edib. 

“Kavkazski uzel”in yazdığı kimi, Saakaşvilinin tərəfdarları yanvarın 4-ü sabiq prezidentə dəstək məqsədilə bir sıra aksiyalar keçirib. Gürcüstanın Çorvile kəndində etiraz aksiyası yerli sakinlərlə toqquşma ilə nəticələnib. Aksiya təşkilatçıları hakim partiyanı təxribatda günahlandırıb. Avropa ölkələrində həmçinin Saakaşvili ilə həmrəylik aksiyaları keçirilib. Həmin  aksiyalarda çeçen diasporunun nümayəndələri iştirak edib. 

Yanvarın 4-ü Gürcüstanın ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, Belçika, Niderland, Çexiya, İsveç, İsveçrə, Bolqarıstan, İspaniya, Yunanıstan, İsraildəki baş konsulluq və səfirliklərində Mixael Saakaşviliyə dəstək məqsədilə “#SaveMisha” aksiyaları keçirilib, – “Gürcüstan-onlayn” yazır. 

Saakaşviliyə həmrəylik aksiyaları həmçinin Ermənistan, Latviya, Ukrayna, Polşa, Moldovada baş tutub. İsveçrənin Rusiyadakı səfirliyinin Gürcüstan maraqları seksiyasındakı aksiyaya bir neçə adam gəlib, – “Exo Kavkaza” xəbər verir.

Aksiya iştirakçıları sabiq prezidentin azad edilməsini və ona Avropa İttifaqındakı klinikada müalicə almağa imkan yaradılmasını tələb edib.  

Mixael Saakaşvili müalicə aldığı “Vivamed” klinikasından həmrəylik aksiyası iştirakçılarına dəstəki sözləri göndərib. “İnsanlığınıza və dəstəyinizə görə sizə minnətdaram”, – “Pirveli” ondan sitat gətirir.  

O, həmçinin sosial şəbəkələrdə dörd dildə (ukrayna, gürcü, ingilis və rus dillərində) təşəkkür sözləri olan foto dərc edib.

2022-ci il noyabrın 19-u Saakaşvilinin vəkili xarici həkimlərin ekspertizasına əsaslanaraq ehtimal edib ki, siyasətçi Gürcüstanda həbs ediləndən sonra zəhərlənib. O, zəhərləyici maddələrin Saakaşvilinin orqanizminə necə düşməsinin aydınlaşdırılmasını tələb edib (məhbəsdə olarkən, yoxsa “Vivamed” klinikasına köçürülərkən). Noyabrın 21-i Ədliyyə Nazirliyinin başçısı xəbər verib ki, Saakaşvilinin zəhərlənməsi barədə rəy Penitensiar xidmətə təqdim edilməyib, bu səbəbdən də əlaqədar qurum ona toksikoloji ekspertiza təşkil edəcək.

Lakin dekabrın 24-ü Saakaşvili gürcü həkimlərə inanmadığını bildirərək, amerikalı və ya avropalı ekspertlərin iştirakı olmadığı təqdirdə zəhərlənməni müəyyənləşdirmək üçün testdən keçməkdən imtina edib. O, dekabrın 27-si test keçməkdən təkrara imtina edib.    

Saakaşvili həbs olunandan sonra üç dəfə aclıq elan edib: birincisi 2021-ci ilin oktyabr-noyabr aylarında 50 gün, ikincisi – 2022-ci ilin fevral-mart aylarında 20 gün davam edib. Saakaşvili üçüncü dəfə aclığı 2022-ci il dekabrın 14-ü elan edib. Lakin elə həmin gün Avropa Parlamentinin deputatları onu aclıqdan imtina etməyə inandıra bilib. Saakaşvilinin vəkilləri dəfələrlə onun sağlamlığının təhlükədə olduğunu bəyan edib.

Saakaşvili Gürcüstana 2021-ci ilin sentyabrında qayıdıb və elə həmin vaxt da həbs olunub, belə ki, iki cinayət işi üzrə qiyabi şəkildə azadlıqdan məhrum edilmişdi.     

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button