2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sabiq icra başçısından 3 milyon manat tələb edilir

Yayımlandı: 1 İyul 2022 18:21

Namiq Zeynalova qarşı mülki iddianın qaldırıldığı bildirilir

Həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalova qarşı 3 milyon manatlıq mülki iddia qaldırılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Vaxtilə rəhbərlik etdiyi qurum – Cəlilabad rayon İcra Hakimiyyəti ondan 3 milyon manat ödəməyi tələb edir.

Eyni zamanda, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Mərkəzi) də ona qarşı 50 min manatlıq ayrıca mülki iddia qaldırıb.

Bu iddialar Lənkəran Ağır Cinayətlər Məhkəməsində – sabiq icra başçısının işi üzrə məhkəmə prosesində qaldırılıb.

İddia olunur ki, Namiq Zeynalov icra başçısı vəzifəsində işlədiyi dövrdə yeyinti, vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində icra hakimiyyətinə, DOST Mərkəzinə bu qədər ziyan vurub.

Namiq Zeynalovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb, artıq prokuror da çıxış edərək ona 13 il azadlıqdan məhrumetmə cəzası istəyib.

İyulun 1-də keçmiş icra başçısının vəkilləri isə prokurorun bu tələbinin də, mülki iddiaların da əsassız olduğunu bildiriblər.

Vəkillər çıxışlarında deyib ki, aylarla davam edən məhkəmə prosesi Namiq Zeynalova qarşı ittihamların əsaslılığını sübut etməyib.

Ortaya heç bir mötəbər sübut-dəlil qoyulmayıb.

Onlar keçmiş icra başçısına bəraət verilməsini istəyiblər.

Prosessual qaydalara görə, prokurordan sonra vəkillər çıxış etməli, ardınca təqsirləndirilən şəxs son sözünü deməli, bundan sonra hökm çıxarılmalıdır.

İyulun 1-də vəkillərin çıxışından sonra Namiq Zeynalova son söz demək təklif olunsa da, o, çıxış üçün vaxt istəyib.

Sabiq icra başçısına iyulun 4-nə qədər vaxt verilib.

Namiq Zeynalov 2018-ci ilin fevralından 2020-ci ilin dekabrınadək Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı olub.

O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən 2020-ci il dekabrın 7-də keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Cəlilabadın icra başçısı təyin edilməmişdən əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olub.

Azərbaycanda icra başçılarının həbsi 2019-cu ilin dekabrında başlayıb.

Həmin vaxt Yevlax və Ağstafanın icra başçıları da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib.

Həbs olunanlardan Ağstafanın icra başçısı olmuş Nizaməddin Quliyev 9 il azadlıqdan məhrum edilsə də, hökmdən az sonra koronavirusa yoluxub və sentyabrın 5-də vəfat edib.

Yevlaxın keçmiş icra başçısı Qoca Səmədova Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il 3 ay həbs cəzası kəsilsə də, sonradan Şəki Apelyasiya Məhkəməsi müddəti 6 ilə endirib.

Biləsuvarın sabiq icra başçısı Mahir Quliyev və Kürdəmirdə eyni vəzifəni tutmuş Ceyhun Cəfərova da hökm oxunub.

Ceyhun Cəfərov 8 il 6 ay, Mahir Quliyev isə 11 il azadlıqdan məhrum edilib.

Mahir Quliyevin cəzası Apelyasiya Məhkəməsində 6 ay azaldılaraq, 10 il 6 aya endirilib.

Keçmiş məmurlar məhkəmə ifadələrində ittihamlar üzrə özlərini qismən təqsirli biliblər.

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin mühakiməsi isə Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir, prokuror ona 13 il həbs cəzası istəyib.

Şəmkirin sabiq icra başçısının işi üzrə istintaq isə hələ yekunlaşmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button