Loading...
Loading...
SEÇMƏ

Şolz Rusiyanın “sızıntı” iddiasını “bəhanə” adlandırıb

Yayımlandı: 7 Sentyabr 2022 16:22

Rusiya kəsintini qəsdən edib, bizi şantaj etmək istəyir”

Almaniya kansleri Olaf Şolz Rusiyanı boru kəmərini bağlamaqla Almaniyanı və onun avropalı tərəfdaşlarını “şantaj”da ittiham edib.

Kansler Rusiyanın əsas boru kəmərində sızıntı olduğu ilə bağlı açıqlamasını “bəhanə” adlandırıb.

Rusiya istəsə, çatdıra bilərdi”, – Şolz Berlində parlamentdə etdiyi çıxışında belə deyib.

O bildirib ki, “Qazprom” PJSC, sadəcə, Almaniyanın qərbində yerləşən və təmirdən sonra istifadəyə hazır olan “Şimal axını-1” keçidi üçün turbin tələb etməlidir.

Şolz çıxışında deyib ki, Rusiya kəsintini qəsdən edib, çünki o, Almaniyanı və onun Avropa qonşularını çatışmayan tədarüklər və yüksək qaz qiymətləri ilə şantaj etmək istəyir:

“Həmçinin məqsədi bizi bir-birimizdən ayırmaqdır”.

Şolz qaz tədarükü ilə bağlı səssiz qalıb.

Almaniya qışa hazırlaşmaq üçün qaz anbarlarını doldurmaq üçün yarışır, lakin “Qazprom”un keçən həftə texniki xidmətdən sonra “Şimal axını”nı yenidən aktivləşdirməmək qərarı bu qış qazın məhdudlaşdırılması perspektivini artırıb.

“Biz özümüzü mümkün qədər tez bir zamanda etibarsız təchizatçıdan azad etməliyik”, – deyə Şolz bildirib.

Kansler əlavə edib ki, bu həm də Almaniyanın təhlükəsizliyi, müstəqilliyi və suverenliyi üçün lazımdır.

Çərşənbə günü Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda Rusiya Prezidenti Vladimir Putin də boru kəməri məsələsinə toxunub.

O, Şolz və başqalarının Rusiyanın qazdan silah kimi istifadə etməsi ilə bağlı ittihamlarını “cəfəngiyyat” adlandırıb.

“Bizə turbinlər verin, biz də sabah “Şimal axını”nı işə salaq, lakin onlar bizə heç nə verməyəcəklər”, – Putin deyib.

O əlavə edib ki, Rusiya nefti və qazı üçün potensial qiymət həddi “başqa bir axmaqlıqdır”.

Şolz Bundestaq millət vəkilləri qarşısında çıxışında qeyd edib ki, qarşıdan gələn çətin qışda ölkəni bir yerdə saxlamaq üçün əlindən gələni edəcək.

Avropada bu gün artan enerji xərcləri və son dönəmlərin ən yüksək inflyasiyası ev təsərrüfatlarını və şirkətləri sıxışdırıb.

Şolz çıxışında deyib ki, heç bir vətəndaş bu durumun öhdəsindən təkbaşına gəlməyəcək.

Almaniya hökuməti ötən həftənin sonunda 65 milyard avro (64,4 milyard dollar) dəyərində üçüncü yardım tədbirləri paketi barədə razılığa gəlib.

Yardımın ümumi məbləğini demək olar ki, 100 milyard avroya çatdırıb.

Buraya aztəminatlı ailələr üçün daha yüksək subsidiyalar, tələbələrə və pensiyaçılara nağd ödənişlər daxildir.

Şolz bildirib ki, həmin milyardlarla dollar vəsaitlə vətəndaşların elektrik enerjisi yükünü yüngülləşdirmək imkanını əldə edəcəklər.

Eyni zamanda, kansler bildirib ki, Almaniya Aİ tərəfdaşları ilə elektrik enerjisi qiymətlərinə məhdudiyyət tətbiq etmək üçün “intensiv danışıqlar” aparır.

Gözdən qaçırmayın:  “İlkin Süleymanov müstəntiqin yanında olduğu halda telefonda çılpaq şəkillərə necə baxıb?”

“İlk növbədə milli səviyyədə hərəkətə keçməyə hazırıq, çünki biz vətəndaşların yükünü tez bir zamanda yüngülləşdirmək istəyirik”, – Şolz bildirib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button