2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Sorağı gəlməyən əsgəri necə tapmalı? (VIDEO)


Noyabrın 10-dan Qarabağda döyüşlər dayansa da, hələ də döyüşə getmiş yaxınlarından xəbər ala bilməyən ailələr var.

Şirvan şəhərində yaşayan Abdinovlar ailəsi də onlardan biridir. Onlar döyüşlərdə iştirak edən 21 yaşlı Yəhya Abdinovdan xəbər ala bilmirlər.

Onun bibisi oğlu Saday Tağıyevlə bu gün noyabrın 18-də səhər saatlarında danışarkən, hələ də ailəsinin gözü yolda olduğunu bildirirdi:

Saytların yığılması Saytlarin yigilmasi

“Mən bibisi oğluyam. Əsas böyüklərimiz axtarıb. Mən isə qaynar xətlərə zəng etmişəm. Qaynar xətdən bildirdilər ki, yaralılar arasında yoxdur. Tanışlarla maraqlanmışam. Amma hələki dəqiq məlumat ala bilməmişik. Hərə bir söz deyir. Biri deyir sağdır xidmətdədir, biri deyir elə yerdədir ki, telefonu orada şəbəkə yoxdur ona görə zəng edə bilmir. Başımızı itirmişik dəqiq məlumat ala bilmirik”.

 

Müdafiə Nazirliyinin qaynar xətləri

Son günlər sosial şəbəkələrdə əsgər yaxınlarının axtardığını deyənlər çoxdur.. Bəs, belə ailələr hara müraciət etməlidirlər? Onlar öz yaxınları haqda məlumatları hardan ala bilərlər?

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Turan İnformasiya agentliyinə bildirib ki, həmin ailələr üçün nazirlikdə qaynar xətlətr yaradılıb.

O, ailələrə ilk növbədə həmin qaynar xətlərə müraciət etməyi tövsiyyə edib.

Müdafiə Nazirliyi: +994 (012) 912

Nazirliyin Tibb Baş İdarəsi:

+994 (012) 406-68-84

+994 (012) 406-68-58

+994 (012) 406-72-52

+994 (012) 406-72-77

Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsi:

+994 (012) 406-85-43

+994 (012) 406-59-33

O ki, qaldı itkin düşənlərin sayı haqda məlumatlara, Vaqif Dərgahlı bildirib ki, indi bununla bağlı dəqiqləşdirmələr aparılır, bu barədə işlər yekunlaşandan sonra məlumat veriləcək.

 

Qırmızı Xaç da axtarır

Müdafiə Nazirliyindən başqa Beynəlxalq Qırmızı Xaç Komitəsi də silahlı münaqişə zamanı itkin düşənlərin yerinin müəyyənləşdirilməsi üzərində çalışdığını bildirir.

Komitənin Azərbaycan nümayəndəliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova AzadlıqRadiosuna deyib ki, hazırda Rusiyadan olan sülhməramlılarla birgə meyitlərin toplanması əməliyyatında iştirak edirlər:

“Beynəlxalq Qırmızı Xaç Komitəsi olaraq biz də münaqişə nəticəsində ailə üzvləri haqda məlumatı olmayan şəxsləri qeydiyyatdan keçiririk. Ailələr bizim Bakı və ya Bərdə ofisimizə müraciət edə bilərlər. Ümumiyyətlə isə, hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsi sülhməramlıların da iştirak etdiyi ərazilərdə meyitlərin toplanması əməliyyatları ilə məşğuldur. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fəaliyyət göstərən bütün ofisləri bir biri ilə məlumat bölüşür”.

Hər iki tərəfdən hərbçilər arasında da çoxsaylı itkilər var. Azərbaycan bildirib ki, hərbi qüvvələrdə itkilərin sayı münaqişənin aktiv fazası başa çatandan sonra elan ediləcək. 

Amma hələki bu haqda hər hansı rəsmi açıqlama yoxdur. Ermənistan tərəfi isə rəsmi elan etdiyi canlı qüvvə itkisinin 1500 nəfəri keçdiyini bildirib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button