Bizim tərcümə

Şotlandiyanın baş naziri istefa verib

2023-02-15 16:38:45

class=”medianet-inline-adv”>

Şotlandiyanın baş naziri Nikola Sturgeon səkkiz illik vəzifəsindən sonra istefa verdiyini açıqlayıb.

Şotlandiya Milli Partiyasının da lideri olan Sturgeon Edinburqda keçirdiyi mətbuat konfransında “Mən baş nazir və partiyamın lideri vəzifəsindən istefa verirəm. Növbəti şəxs seçilənə qədər vəzifəmi davam etdirəcəm”, – deyə o bildirib.

Sturgeon bu qərarı dərin və uzun sürən qiymətləndirmələr nəticəsində verdiyini ifadə edərək, “Bu peşəni etmənin yeganə yolu hər şeyi verməkdir” dedi. Siyasətçi olmaqla yanaşı, insan olduğunu da əlavə edən Sturgeon, peşəsini yerinə yetirərkən şəxsi həyatına da vaxt ayıra bilmədiyini bildirərək, dostları ilə görüşə gedib kofe içməyin çətin olduğunu bildirib.

Sturgeon 2014-cü ildə vəzifəyə başlayıb.

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button