2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Taliban Əfqanıstanın Herat şəhərində 4 kişi cəsədini kranlardan asaraq nümayiş etdirib

Taliban Əfqanıstanın qərbindəki Herat şəhərində 4 kişi cəsədini kranlardan asaraq nümayiş etdirib. Bu, Talibanın keçmişdəki qəddarlıq taktikasının qayıdışına işarədir.

BBC iki yerli müxbirə istinadən xəbər verir ki, adam oğurluğunda günahlandırılan dörd nəfərin cəsədi Heratın bir neçə yerində asılıb.

Əfqanıstanın Həşte-Sobh qəzeti yazır ki, həmin adamlar Talibanla atışmada öldürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Heratdakı əsas meydanın yanında bir aptek işləyənVəzir Əhməd Seddiki, Associated Press -ə verdiyi açıqlamada, dörd cəsədin meydana gətirildiyini və üç cəsədin nümayiş üçün şəhərin digər meydanlarına aparıldığını deyib.

Herat əyalətinin polis rəisi olan Ziaulhaq Cəlali 4 nəfər tərəfindən oğurlanan ata və oğulların xilas edildiyini bildirib.

Taliban avqustun 15-də Kabili ələ keçirərək ölkəyə nəzarəti ələ keçirəndən bəri əfqanlar və dünya 1990-cı illərin sonlarında ictimai daşqalaqlar və iddia edilən cinayətkarların əl-ayaqlarının kəsilməsini özündə ehtiva edən sərt qaydalarını yenidən yaradıb-yaratmayacaqlarını izləyir. Bu hadisələrin bir çoxu stadionda böyük izdiham qarşısında baş verib.

Talibanın qurucularından biri və Əfqanıstanda sonuncu dəfə İslam qanunlarının sərt şəkildə şərh edilməsinin icraçısı Molla Nurəddin Turabi bu həftənin əvvəlində edam və əl kəsmə kimi sərt cəzaların əl altında olduğunu və yenidən həyata keçiriləcəyini bəyan edib.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button