2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Trass Lavrovla görüşür, Rusiya təlimlərə başlayır

Rusiyanın Xarici İşlər Nazirliyi fevralın 9-da axşam xəbərdarlıq edib ki, Britaniya rəsmiləri ritorikanı dəyişməlidir

Saytların yığılması Saytlarin yigilmasi

Fevralın 10-da Britaniyanın Xarici işlər naziri Liz Trass Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Məqsəd Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığmasının Qərblə Moskva arasında yaratdığı gərginliyi azaltmaqdır.

Britaniyanın Baş naziri Boris Conson isə məsləhətləşmələr üçün Varşava və Brüsselə səfər edəcək. O, Polşa Prezidenti Andrey Duda və NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşməlidir. Almaniyanın Kansleri Olaf Şolts isə Berlində Baltik ölkələri liderləri ilə görüş keçirəcək.

Fevralın 10-da Moskva və Minsk birgə hərbi təlimlərə başlayır. Rusiyanın Belarusa 30 min əsgər göndərdiyi bildirilir. Bu qüvvələrdən Ukraynaya təcavüzdə istifadə oluna biləcəyi sarıdan narahatlıq var.

Rusiyanın Müdafiə Nazirliyi təlimlərin fevralın 20-dək davam edəcəyini, “xarici təcavüzün dəf olunması”na yönələcəyini açıqlayıb.

Ritorikanı dəyişmək çağırışı

Ukrayna da fevralın 10-da Rusiyanın Belarusda təlimlərinə cavab olaraq daha öncə anonsunu verdiyi təlimlərə başlayıb. Kiyev bu təlimlərdə iştirak edən hərbi personal və silah sayını açıqlamayıb.

Fevralın 9-da axşam Moskvaya çatan Trass tvitində yazıb:

“Moskvaya Xarici işlər naziri Lavrovla görüşə, Rusiyanın qüvvələrini dərhal geri çəkməli, Ukraynanın suverenliyinə hörmət etməli olmasını, əks halda ağır nəticələrlə üzləşəcəyini aydın şəkildə deməyə gəldim”.

“İstənilən müdaxilə böyük səhv olar. İrəliyə yeganə yol diplomatiyadan keçir və Rusiya bu yolla getməlidir”, – o, sözlərinə əlavə edib.

Rusiyanın Xarici İşlər Nazirliyi isə fevralın 9-da axşam xəbərdarlıq edib ki, Britaniya rəsmiləri ritorikanı dəyişməlidir.

Consonun görüşləri

Conson Polşada Duda, daha sonra bu ölkədə yerləşən Britaniya əsgərləri ilə görüşəcək. O, Brüsseldə NATO-nun baş qərargahında alyans başçısı Stoltenberqlə görüşməlidir.

Həftənin əvvəlində Fransa Prezidenti Emmanuel Makron Rusiya və Ukrayna prezidentləri ilə ayrı-ayrılıqda görüşüb. O, Putinlə danışıqları haqda ABŞ Prezidenti Co Baydeni məlumatlandırıb.

Moskva Ukraynaya hücum planı olmadığını deyir, Qərbdən təhlükəsizlik qarantiyaları tələb edir. Tələblərdən biri Ukraynanın heç vaxt NATO-ya üzv olmayacağıdır.

Vaşinqton və NATO tələbləri rədd ediblər.

Son iki gündə Şərqi Avropanı Ukrayna böhranının təsirindən qorumağı hədəfləyən ABŞ əsgərlərinin ilk qrupu Almaniyadan Rumıniyaya gedib.

Pentaqon fevralın 3-də Polşa və Rumıniyaya 3 minədək əlavə əsgər göndərəcəyini açıqlayıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button