2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Türkiyənin keçmiş daxili işlər naziri: ”Əsas məsələ ərazilərin hamısını və sərhəd məntəqələrini tam nəzarət altına almaq olmaqdır”

Turan: Azərbaycanın öz torpaqlarını erməni işğalçılarından təmizləməsi üçün başlatdığı hərbi əməliyyatlar 10 noyabrda qələbə ilə nəticələnəndən sonra haqsız şəkildə Ermənistana verilmiş Zəngəzurun Azərbaycana qaytarılması məsələsi gündəmə gəldi. Bununla bağlı hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

Tantan: Azərbaycanın öz torpaqlarını erməni işğalçılarından təmizləmək üçün Türkiyənin dəstəyi ilə başlatdığı haqlı mübarizə nəticəsini tam şəkildə vermədən dayandırıldı. Düşnüdürücü sual budur: Azərbaycan tam qələbənin ərəfəsində ikən niyə bir anda Rusiyanın atəşkəs təklifini qəbul etdi? Bu müharibədə Azərbaycan xalqı öz milli şüurunu daha da gücləndirmiş, vətən torpaqlarını işğalılardan tamamilə təmizləmək üçün dövlətlə millət tam həmrəylik nümayiş etdirmişdi. Bu qərarın qəbul edilməsinin əsas səbəbi Azərbaycanın Rusiyaya bir çox baxımdan bağlı olması və Rusiyanın bundan təhdid vasitəsi kimi istifadə etməsi ola bilərdimi? O torpaqlar niyə Rusiya “sülhməramlı        qüvvələri”-nin nəzarətinə verildi? Zəngəzur Türk torpağıdır və oranın Azərbaycana qaytarılmamasını və dəhlizin açılmamasını istəməyən qüvvələr məlumdur. Bunlar Qərb ölkələri,Rusiya və İrandır.Elə isə Zəngəzur keçidi Qərbi də Türkiyəni də Xəzər dənizinə və Türk dünyasına bağlayan ən yaxın yoldur. Oradan hava, dəmir və quru yollarının keçməsi ticari,iqtisadi və təhlükəsizlik baxımından Şərqi Qara dəniz hövzəsinin, Azərbaycanın, Cənubi Qafqazın, Türk dünyasının və Əfqanıstanın regionda daha daha güclü olması üçün önəmlidir. Ermənistanın baş naziri Nikol Paşinyanın “Bu sazişə riayət etməyəcəyik” sözü onun öz fikridir yoxsa ondan istifadə edən qüvvələrin? Məncə,10 noyabr razılaşması  Azərbaycan tərəfindən ləğv edilməli və suveren dövlətin ərazisinin hamısı onun nəzarətinə verilməlidir. Azərbaycan parlamenti də Zəngəzurun Ermənistana verilməsi qərarlarını ləğv edərək o bölgəni özünün “misaqi-milli” sərhədləri daxilində göstərən qanun qəbul etməlidir.

Turan: 11 yanvarda Kremldə keçirilən Putin-Əliyev-Paşinyan görüşündə “kommunikasiya yollarının açılması” barədə razılığa gəlinmişdi.Bu sahədəki vəziyyət qane edicidir mi? Digər bir məsələ isə Azərbaycanlı qaçqınların öz yurdlarına qayıtmasıdır. Fikirlərinizi öyrənmək istərdik.

Saytların yığılması Saytlarin yigilmasi

Tantan: Hal-hazırda ən mühüm məsələ Azərbaycan torpaqlarının hamısının nəzarət altına alınmasıdır. Türkiyə ilə Azərbaycan bu məsələdə tam həmfikirdir, birgə hərəkət edir. Ancaq Dağlıq Qarabağın bir hissəsinin (təəssüf ki, ermənilərin 1992-ci ilin fevralında türklərə qarşı soyqırım həyata keçirdikləri Xocalı qəsəbəsi də oradadır) Rusiya “sülhməramlıları”-nın nəzarətində olması ciddi narahatlıq doğurur.Öz torpaqlarından didərgin düşmüş Azərbaycan Türklərinin mümkün qədər tez öz yurdlarına qayıtmaları,orada onlara hərbi təlim verilməsi,qeyri-rəsmi özünü müdafiə təşkilatları yaradılmalıdır. Geri qayıdacaq kənd əhalisinə öz təsərrüfatlarını yenidən yaradıb inkişaf etdirmələri üçün dövlət tərəfindən lazımi maddi dəstək verilməlidir.

Turan: Hərbi əməliyyatlar davam edərkən siz Türkiyəni sərhədə əlavə qoşun göndərməyə və illeqal təşkilatların Ermənistanda hakimiyyəti ələ keçirməsi halında sərhədin o tərəfinə keçməyə çağırmışdınız. Son vaxtlarda Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin “normallaşdırılması”-na dair məsələ gündəmə gəlir. Bu barədə nə demək istərdiniz?

Tantan: Cənubi Qafqazda əmin-amanlığın, təhlükəsizliyin və inkişafın olması üçün Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistanın birgə inkişaf layihələri həyata keçirmələri, xüsusilə, texnologiya sahəsindəki layihələri ön plana çıxarılmalıdır. Bölgə bu şəkildə inkişaf edəcəkdir. Xüsusilə, ABŞ-ın, Fransanın, Britaniyanın bu bölgəni sabitlikdən məhrum edəcək cəhdlərinin qabağını almaq lazımdır. Güney Azərbaycan bölgəsinin inkişaf etdirilməsi üçün İranın kompleks tədbirləri sürətlə həyata keçirməsindən başqa yol yoxdur, oradakı əhalinin haqları verilməlidir. Bundan əlavə, Türkiyə ilə sərhəddəki kürd vətəndaşlarını Güney Azərbaycan əhalisinə qarşı təşkilatlandırma  və onlara qarşı qaldırma siyasəti də İrana baha başa gələ bilər, bundan da bir an əvvəl vaz keçməsi və PKK terror təşkilatı ünsürlərinin Ermənistana yerləşərək Türkiyəyə və Azərbaycana qarşı əməllərini dəstəkləməyə də son qoyması lazımdır. ABŞ və Britaniyanın uzun müddətdən bəri reallaşdırmağa çalışdığı türk-kürd münaqişəsinə İran alət olmamalı, bunun qabağını almalıdır. Belə bir münaqişə İranın parçalanmasına səbəb ola bilər.

Turan: Azərbaycanın dəfələrlə təkrarlamasına baxmayaraq, Türkiyə sülhsevər hərbi qüvvələri bu gün Bakının nəzarətindən kənarda qalan bölgələrə gedə bilmədi. Sizcə, bununla bağlı Türkiyə nə düşünür?

Tantan: Müəyyən səbəblərə görə Moskvadan asılılıq Rusiyanın yenidən Azərbaycan torpaqlarına qayıtmasına səbəb olmuşdur. Hər şeydən əvvəl, Azərbaycan bunu aradan qaldırmalıdır. Yerdə qalan hər bir məsələdə Türkiyə ilə Azərbaycan  razılığa gələcəkdir. Buna heç kimin şübhəsi olmasın. 

Mayis Əlizadə

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button