2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukrayna əkshücumda ‘bəzi uğurlar’ olduğunu deyir

Beynəlxalq Atom Enerjisi Agentliyi Avropanın ən böyük nüvə stansiyası ətrafında təcili olaraq “nüvə təhlükəsizliyi və mühafizə zonası” yaradılmasını xahiş edib

Saytların yığılması Saytlarin yigilmasi

Ukrayna ordusu ölkənin şimal-şərqindəki Xarkov ətrafında gedən döyüşlərdə Rusiyanın özəl muzdlu qüvvələrinin çox sayda itki verdiyini bildirib.

Silahlı Qüvvələrin Baş Qərargahı sentyabrın 7-də bəyanatında deyib ki, belə əsgərlər üzrə “əhəmiyyətli itkilər” “ağır yaralanan və ya həlak olan əsgərlərin 40%-dən çoxunu təşkil edir”.

Ukrayna mənbələri ətraflı məlumat verməsələr də, Kiyevin ötən həftə başlatdığı əks-hücumun davam etdiyini və bəzi uğurlar əldə etdiyini bildirib.

Altı aydır davam edən Rusiya işğalında tərəflərin döyüş meydanındakı nailiyyət və uğursuzluqları ilə bağlı iddiaları dərhal təsdiqləmək mümkün olmur.

Ancaq Ukrayna ordusu bildirib ki, Rusiya tərəfi diqqətini şərqi Donetsk vilayətinin ərazisinə tam nəzarətə cəmləyir. Moskva həmçinin Xarkovu, cənubda Nikolayevi ələ keçirməyə çalışır. Zaporojye AES ətrafındakı ərazilər isə işğal altındadır.

Həmçinin Ukraynanın keçən həftə geniş miqyaslı əks-hücuma başladığı bildirilən Xersonda Rusiya qoşunlarının mövqelərini saxlamaq üçün mübarizə apardığı da bildirilib.

Kiyev bu hücumun necə getdiyinə dair susqunluq göstərir.

Baş Qərargah sentyabrın 7-də Rusiyanın silah-sursat anbarlarına, düşmən texnikasının cəmləşdiyi digər ərazilərə onlarla hava hücumunun davam etdiyini bildirib.

Moskva tərəfdarı, yüksək vəzifəli separatçı bildirib ki, Ukrayna qüvvələri Xarkov və İzyum şəhərləri arasında, Rusiyanın nəzarətində olan Balakliyaya hücum edib.

Luqansk vilayətinin kiyevpərəst qubernatoru Sergey Qayday Ukrayna televiziyasında “əks-hücumun davam etdiyini” deyib və əlavə edib ki, “bizim qüvvələrimiz bəzi uğurlar əldə edir”.

Ukrayna ordusu Rusiya tərəfini Zaporojye nüvə stansiyasının ətrafındakı ərazini minaatan və raket artilleriyasından atəşə tutmaqda ittiham edib.

BMT-nin nüvə nəzarəti orqanı, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) sentyabrın 7-də Zaporojyedə təhlükəsizliklə bağlı hesabat yayaraq, Avropanın ən böyük nüvə stansiyası ətrafında təcili olaraq “nüvə təhlükəsizliyi və mühafizə zonası” yaradılmasını xahiş edib.

Rusiya qüvvələri Zaporojye şəhərini işğalın ilk günlərində zəbt edib. AES-dəki altı reaktorun hamısının bağlanmasıyla nəticələnən atəşə görə tərəflər bir-birini günahlandırıb.

BAEA rəhbəri Rafael Qrossi BMT Təhlükəsizlik Şurasına deyib ki, “biz odla oynayırıq və dəhşətli bir şey baş verə bilər”.

Rusiya rəsmiləri zavodu qoruduqlarını söyləyib.

Rusiya səfiri Vasili Nebenzya daha sonra deyib ki, BAEA-nin təklifi “ciddi deyil”, çünki “ukraynalılar dərhal müdaxilə edib hər şeyi məhv edəcəklər”.

BMT-nin baş katibi Antonio Quterreş 15 üzvdən ibarət Təhlükəsizlik Şurasının qarşısında çıxış edərək həm Ukraynanı, həm də Rusiyanı stansiyaya yönəlmiş hərbi əməliyyatlardan çəkinməyə çağırıb. O, Rusiyadan canlı qüvvələrini və hərbi texnikanı bu ərazidən çıxarmasını, Ukrayna qüvvələrinin isə stansiyaya girməməklə bağlı öhdəlik götürməsini istəyib.

24 saat” “
Ukrayna əkshücumda ‘bəzi uğurlar’ olduğunu deyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button