Loading...
Loading...
Dünya

Ukrayna və Rusiya arasında böyük sayda əsirin mübadiləsi olub

Xəbər verilir ki, bu, fevralın 24-də Rusiya Ukraynaya təcavüz edəndən bəri keçirilmiş ən böyük əsir mübadiləsidir

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bildirir ki, Rusiya ilə əsirlərin “böyük mübadiləsi” həyata keçirilib.

Məlumatda əsirlərin harda və nə vaxt dəyişdirildiyi bildirilmir.

Qeyd olunur ki, Ukrayna tərəfinə 23-ü zabit, 69-u serjant olmaqla 144 hərbçi qaytarılıb.

Bu da iddia edilir ki, Ukraynaya qaytarılan 144 əsirdən 95-i Maripoldakı Azovstal zavodunun müdafiəçiləridir.

Onlardan 43-nün bilavasitə Azov batalyonundan olduğu deyilir.

Xəbərdə vurğulanır ki, dəyişdirilənlərin əksəriyyəti yaralı və xüsusilə ağır yaralı olanlardır.

Azov batalyonunun döyüşçüləri

Qondarma “Donetsk xalq respublikasının” başçısı Denis Puşilin belə bir mübadilənin keçirildiyini təsdiqləyib.

Onun sözlərinə görə ukraynalı hərbçiləri Rusiya hərbçilərinə və qondarma “DXR” döyüşçülərinə dəyişiblər.

Bunların da əksəriyyəti yaralı olanlardır.

Puşilin bunu da təsdiqləyb ki, Ukrayna tərəfinə “millətçi döyüş qruplaşmalarının” üzvlərindən də qayralanları olub.

Xəbər verilir ki, bu, fevralın 24-də Rusiya Ukraynaya təcavüz edəndən bəri keçirilmiş ən böyük əsir mübadiləsidir.

May ayında Maripolu müdafiə edən Ukrayna döyüşçülərindən 2 min nəfərinin əsir düşdüyü xəbər verilirdi.

Ukrayna hökuməti bildirmişdi ki, onların qaytarılması üçün bütün imkanlardan istifadə olunacaq.

24 saat” “
Ukrayna və Rusiya arasında böyük sayda əsirin mübadiləsi olub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button