2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ÜST: Əfqanıstanda xəstələrin və yaralıların müalicəsi üçün tibbi təchizat tükənir

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Əfqanıstanda milyonlarla insanın sağlamlıq ehtiyaclarını qarşılamaq üçün yalnız bir neçə günlük tibbi ləvazimat qalıb.

Cümə axşamı İslam Dövləti militantlarının Kabil hava limanında törətdiyi intiharçı hücumdan sonra, 100-dən çox adamın ölümü və çox sayda insanın yaralanması nəticəsində xüsusilə ilk yardım dəstlərinə ehtiyac var.

ÜST xəstəxanalar və klinikalar üçün lazımi ləvazimatlar və dərmanlar, aclıqdan əziyyət uşaqlar üçün ərzaqlar və COVID-19 pandemiyasına nəzarət üçün ləvazimatların da çatışmadığını bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi bölgəsində fövqəladə hallar üzrə direktoru Rik Brennan təhlükəsizlik səbəbilə kommersiya təyyarələrinin Kabil hava limanına uçmasının qarşısının alındığını deyir. Buna görə də, o qeyd edir ki, ÜST ölkəyə dərman gətirmək üçün başqa yollar araşdırır.

“Bunu etmək üçün bir çox təhlükəsizlik və logistik məhdudiyyətlər var, amma ümid edirik və gözləyirik ki, Pakistan hökumətinin dəstəyi ilə yaxın günlərdə daha çox təchizat gətirəcəyik. Kabil hava limanı bu mərhələdə təchizat gətirmək üçün seçim deyil və buna görə də Məzari Şərif hava limanından istifadə edəcəyik. Ümid edirəm ki, yaxın günlərdə ilk uçuşumuz həyata keçəcək” – deyə, Brennan bildirib.

Əfqanıstanda vəziyyət qeyri`-sabitdir. Ölkə daxilində humanitar ehtiyaclar çox böyükdür və artır. Birləşmiş Millətlər Təşkilatı 18 milyona yaxın insanın beynəlxalq dəstəyə ehtiyacı olduğunu bildirir. Təxminən 3,5 milyon məcburi köçkün var ki, bunların arasında yarım milyondan çox insan bu il köçkün düşüb.

Brennan ÜST-nın Əfqanıstanda qalmağa və köçkünlərin və digər həssas insanların ehtiyaclarını ödəməyə sadiq olduğunu bildirir. O, qadınların və uşaqların rifahının xüsusi narahatlıq doğurduğunu vurğulayır.

Brennan, ÜST-nın ölkə daxilində 34 əyalətdə sağlamlıq vəziyyətini izləyən işçilərinin olduğunu deyir. O bildirir ki, xoşbəxtlikdən, ÜST-nın izlədiyi 2200 sağlamlıq müəssisəsinin çoxu açıq və fəaliyyətdədir.

Bununla birlikdə, sürətlə tükənən tibbi ləvazimatların vaxtında doldurulmaması halında daha çox insanın xəstələnəcəyi və öləcəyi barədə xəbərdarlıq edir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button