2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Yeni qanadlı aviaraket 3 min km-dən artıq məsafədə hədəfi vuracaq- FOTO

Rusiyada uzaqmənzilli qanadlı aviasiya raketinin yaradılmasına başlanılıb.
İstehsalçı qurum olan Rusiyanın Dövlət Aviasiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, akademik Yevqeniy Fedosov bildirib ki, qanadlı raket uzaqmənzilli strateji Tu-162M2 təyyarəsi üçün yaradılır.
Onun sözlərinə görə, hazırda bu təyyarə üzərində olan Х-101 raketinin uçuş məsafəsi 3 min km-dir. Yeni raketin uçuş məsafəsi isə daha çox olacaq.
Yevqeniy Fedosov deyib ki, Tu-162M2-yə bu tip uzaqmənzilli qanadlı raketin yaradılmasında məqsəd aviasiya vasitəsinin düşmən ərazisinə girmədən, onun hava hücumundan müdafiə sistemi ilə qarşılaşmadan əraziyə raket zərbəsi endirməkdir.(“AzeriDefence”)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button