2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Yerevanda “Z” işarəli çağırış vərəqələri yayılıb

Yayımlandı: 23 Avqust 2022 15:38

Vərəqələrin Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlandığı iddia olunur

Ermənistanın paytaxtı Yerevanda Rusiyanın Ukraynaya müdaxiləsinin simvoluna çevrilmiş “Z” işarəli vərəqələr yayılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Erməni dilində dirək və ağaclara yapışdırılmış vərəqələrdə keçmiş SSRİ-də bəzi ərazilərin Rusiyaya ilhaq olunmasına çağırış əks olunub.

Məlumatı Azadlıq Radiosunun erməni xidməti yayıb.

“Krım – Rusiyadır. Donetsk – Rusiyadır. Luhansk – Rusiyadır. Mariupol Rusiyadır. Zaporojye Rusiyadır. Xerson Rusiyadır. Tiraspol Rusiyadır. Sxinval Rusiyadır. Şimali Qazaxıstan Rusiya olacaq. Artsax (Qarabağ) qoy Rusiya olsun”, – vərəqələrdə belə yazılıb.

“Azatutyun” bildirib ki, bu vərəqələr Moskvanın Ukraynanın işğal edilmiş ərazilərində referendumlar keçirmək planları barədə xəbələrlə eyni vaxtda yayılıb.

Diqqət doğuran məqam vərəqələrdə Ermənistanda keçmiş prezident Robert Koçaryanın müxalif parlament fraksiyası “Hayastan”ın emblemi çap olunmasıdır.

Ancaq “Hayastan” bloku bu vərəqələrlə hər hansı bağlılığına dair iddiaları rədd edərək təxribat adlandırıb.

Blok Baş nazir Nikol Paşinyanın tərəfdarlarını günahlandırıb.

Azərbaycanlı hüquq müdafiəçisi Arzu Abdullayeva Meydan TV-yə deyib ki, bu məzmunda vərəqələr Rusiyanın xüsusi xidmət orqanları tərəfindən hazırlanır.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı 24 fevral savaşından sonra Ermənistana və digər ölkələrə çoxlu rusiyalı miqrant axışıb:

Foto: “Amerikanın səsi”

“Onların içində Putinin əleyhdarları olmaqla bərabər, tərəfdarları da var idi. İkincilər məqsədli şəkildə ölkələrini tərk ediblər. Ümumiyyətlə, Rusiyada qarşılıqlı ittihamlar az qala hər gün artır. Bir neçə gün əvvəl keçmiş deputat İlya Ponomarevin “Утро Февраля” nəşrinə “Milli Respublika Ordusu”nun bəyanatını oxumasını misal çəkə bilərəm. Bu gedişat Rusiya siyasi elitasının təşvişi içində olduğunun göstəricisidir”.

Ancaq A.Abdullayeva düşünmür ki, belə vərəqələr cəmiyyətdə hansısa təhlükələr yaratsın:

“Ola bilsin ki, qıcıq və təşviş yaratmaq istəyirlər. Amma mən inanmıram ki, erməni xalqına hər hansı təsir göstərsinlər. Erməni xalqı İkinci Qarabağ savaşından sonra vəziyyətin necə olduğunu anladı. Əks təqdirdə, seçkilərdə müharibə tərəfdarlarına səs verərdi. Fikir verdinizmi, xalq savaşı uduzan Nikol Paşinyana səs verdi. Çünki erməni xalqı müharibə tərəfdarlarının illərdir onları aldatdıqlarını gördü”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button